"Neftçi" ilə "Xəzər Lənkəran" arasında qalmaqal-"Deyəsən, sarı simdən vurublar, qardaş"
Bizi izləyin

İdman

"Neftçi" ilə "Xəzər Lənkəran" arasında qalmaqal-"Deyəsən, sarı simdən vurublar, qardaş"

"Neftçi" ilə "Xəzər Lənkəran" arasında qalmaqal

Yanvarın 18-də "Neftçi"nin "Fənərbağça" ilə qarşılaşdığı, oyun heç-heçə başa çatdığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, bu oyun ətrafında gedən müzakirələr qalmaqala rəvac verib. "Ağ-qaralar"ın əzəli rəqibi "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu oyun haqqında fikirlərini "facebook" səhifəsində paylaşıb: "Fənərbağça" -"Neftçi" oyununda spikerin (şərhçi) nə dediyi mənim üçün önəmli deyil. Ayağı top tutmayan rəqibi spiker istənilən halda öyməli idi.

Heç kəs unutmasın ki, "Xəzər Lənkəran" rəqibi kimi istirahətdən gəlib oynamamışdı. Gəlib oyuna çıxmışdı. Malta, oradan "Makkabi" ilə səfər oyunu, oradan Lənkərana. Və o matçdan 2 gün sonra "Makkabi"ylə cavab oyunun düşünən oyunçular. Oyun "stavka"ya qoyulmuşdu deyən "Fənərbağça"lı azarkeşlərin söyləntilərinə rəğmən "Neftçi" yaxşı oynadı".

Hüseyn Cəbrayıloğlunun bu fikirlərinə "Neftçi" cəbhəsindən cavab gəlib. "Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "facebook" səhifəsində ironiyalı cavabla yadda qalıb: "Xəzər Lənkəran" rəsmisi Hüseyn Cəbrayıloğlunun "Neftçi" - "Fənərbağça"matçıyla bağlı açıqlamalarını nəzərinizə çatdırmışdıq.

Korner.az-ın məlumatına görə, qarşı tərəfədən də cavab gecikməyib.

"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də şəxsi "facebook" hesabından həmkarına cavab verib:

"Əziz dostum Huseyn, dünən qapıçı Volkanın, türkiyəli şərhçinin dedikləri səni niyə qıcıqlandırıb? Deyəsən, sarı simdən vurublar, qardaş. Biz Azərbaycanı və vətənimizə aid nə varsa onu sevən insanlarıq, əziz dost. Biz "Xəzər Lənkəran" "Fənərbağça"dan 4 cavabsız top buraxanda məyus olmuşduq. Bizim üçün Azərbaycan komandalarının uğuru sevincimiz, məğlubiyyəti isə məyusluğumuzdur.

Azərbaycan adı gələndə 20 ilə yaxındır(!) ki, azarkeşlik etdiyim "Fənərbağça" da vız gəlir. And olsun Allaha ki, bu belədir. Təəssüf ki, Volkanın, türkiyəli şərhçinin "Neftçi"yə verdiyi layiqli qiymət səni bu qədər qıcıqlandırıb və bir futbol adamına, futbolu bilən dostumuza yaraşmayan status yazmağa vadar edib. Bunu isə bəzi dostlarımız mətbuat səhifəsinə daşıyıblar. Deyirsən ki, istirahətdən gəlmişdi komanda. Əziz qardaş futbolu bilən istənilən adamdan soruşa bilərsən. Təlim məşq toplanışının 6-cı günündə komanda tam hazır olmur. Bununla belə dünən "Neftçi" əlindən ayağından gələni etdi ki, uduzmasın. Əksinə, "Xəzər Lənkəran" "Fənər"in qarşısına çıxanda tam hazır vəziyyətdə idi.

Bir də ki, "Xəzər Lənkəran"ın avrokubok oyunları arası "Fənər"lə oyun salması kimin istəyi idi? Biz nə oyundan əvvəl, nə də fasilədə rəqibin soyunub geyinmə otağına xəbər yollamadıq ki, imkanınız varsa az qol vurun. Heç sizin də bu istəyiniz olduğunu iddia etmirəm. Amma, əziz qardaş bu bir qardaşlıq və hazırlıq oyunu idi. Hazırlıqlarımız isə davam edir. Həm sizin, həm də bizim. İnşallah ikinci dövrədə görüşərik".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm