İdman
Millət vəkilindən maraqlı layihə - FOTOLAR
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın təşəbbəsü ilə "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində kiçik yaşlı uşaqların idman yarışı keçirilib.
Publika.az xəbər verir ki, yarış "Uşaqlar bizim gələcəyimizdir" devizi altda baş tutub. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səslənib.
Daha sonra deputat Sevinc Fətəliyeva yarış haqda ümumi məlumat verib. Sevinc Fətəliyeva bildirib ki, yarışın məqsədi uşaqlara sağlam həyat tərzini aşılamaqdır.
Həmçinin kiçik yaşlı uşaqların idmana marağını artırmaqdır. "Bu bizim idmanla bağlı ilk layihəmizdir. Uşaqlara bəzi şeyləri aşılamaq çətin olur. Nəzərdə tutulur ki, gələcəkdə böyüklərlə də belə yarış keçirilsin".
Daha sonra söz millət vəkili Fərəc Quliyeva verilib. Fərəc Quliyev bunun gözəl addım olduğunu, uşaqlara idmanın sağlam həyat tərzinin aşılanması üçün də vacib olduğunu bildirib. Yarış Hövsan Olimpiya İdman kompleksində baş tutub. Qeyd edək ki, bu gün yarışın final mərhələsi keçirilib. Yarış iki mərlədən ibarət olub. Yarışda 3 məktəb( 270, 280, 281) iştirak edib. 3 qrupda qızlar digər 3 qrupda oğlanlar çıxış edib. Yarışa peşəkarlardan ibarət hakim heyəti başçılıq edib. İştirakçılar orta məktəblərin II-IV sinf şagirdlərindən ibarət olub. Yarış müxtəlif idman növləri üzrə baş tutub.
1. Kütləvi gimnastik hərəkətlər
2. Yerindən uzunluğa tullanma, estafet
3. Qapıya qol vurma
4. Topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet
5. Basketbol topunun aparılması estafeti Sonda qaliblər mükafatlandırılıb.
Aygün İlqarqızı
Foto Xəyal
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!