Basketbolçularımız ulduzların matçında
Bizi izləyin

İdman

Basketbolçularımız ulduzların matçında

Basketbolçarımız ulduzların matçında

Turkiyənin Beko liqasında oynayan ulduz basketbollar arasında şou xarakterli görüş keçiriləcək.

“Ay-ulduzlular”ın ən yaxşıları “legionerlər yığması” ilə qarşılaşacaq. Publika.az xəbər verir ki, yanvarın 19-da Mersində baş tutacaq bu mübarizədə Azərbaycan yığmasının oyunçuları - Orxan Aydın və Çarlz Devis da qüvvəsini sınayacaqlar.

Onlardan birincisi “Beko All-Star Türk Yıldızları”, digəri “Beko All-Star Yabançı Yıldızları” komandasında forma geyinəcək. Matçın gedişində ən yaxşı “3 xallıq” və “fırlanaraq” atış edənlərin də yarışması da təşkil olunacaq.

Türkiyədə adından söz etdirən Devis 5 rəqiblə birgə “fırlanaraq” ən yaxşı atış etmək adı uğrunda bacarığını da nümayiş etdirəcək. Qeyd edək ki, şouya qatılacaq basketbolçular səsvermə nəticəsində seçilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm