• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan kubokunun finalı: "Neftçi" - "Qəbələ" - YENİLƏNİB

  • İdman
  • 24 Aprel 2014 21:55
  • 1 135 Baxış
Azərbaycan kubokunun finalı: "Neftçi" - "Qəbələ" - YENİLƏNİB

zərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulub. İki oyunundan sonra finalda üz-üzə gələcək komandalar müəyyənləşib.

"Rəvan" "Neftçi"ni qəbul edib. Komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanan "Neftçi" adını finala yazdırıb. 10-cu dəqiqədə Ruslan Qurbanov hesabı açıb. 17-ci dəqiqədə Xuan Manuel Varea bərabərliyi təmin etsə də, cəmi 2 dəqiqə sonra Flavinyo bərabərliyi təmin edib. 55-ci dəqiqədə isə Bruno Bertuççi "ağ-qaralar"ın qələbə qoluna imza atıb.

Digər oyunda "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. İlk oyunda 0:3 hesabı ilə yenilən "Xəzər Lənkəran" evdə də qələbə qazana bilməyib və avrokuboklardan kənarda qalıb - 1:1. Hesabı 21-ci dəqiqədə Viktor Mendi açıb. "Xəzər Lənkəran" buna 56-cı dəqiqədə Junior Nildonun qolu ilə cavab verib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 22-də keçiriləcək.

Azərbaycan Kuboku

2013/14 mövsümü

1/2 final (cavab oyunları)

24 aprel

Rəvan - Neftçi 1:3

Qollar: Xuan Manuel Varea, 17 - Ruslan Qurbanov, 10. Flavinyo, 19. Bruno Bertuççi, 55.

Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 7. Elvin Həsənəliyev, 8. Julio Sezar, 14. Xuan Manuel Varea (Tyaqo Mirasema, 67), 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (17. Ramazan Abbasov, 85), 40. Mişel Balokoq, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Tyaqo Mirasema, 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə, 28. Boyan Markoviç.

Baş məşqçi: Güvənc Kurtar.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 76), 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 23. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 70), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (21. Samir Məsimov, 82).

Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Kamil Kopunek, 42 (qeyri-idman hərəkəti). Hüseyn Axundov, 54 (sistematik qayda pozuntusu). Tyaqo Mirasema, 86 (qeyri-idman hərəkəti) - Rəşad Sadiqov, 53 (qeyri-idman hərəkəti). Flavinyo, 82 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Orxan Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Xaqani Məmmədov.

"Bayıl Arena". 500 tamaşaçı.

Xəzər Lənkəran - Qəbələ 1:1

Qol: Junior Nildo, 56 - Viktor Mendi, 21.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 8. Deyan Blajevski, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias.

Baş məşqçi: Mustafa Dənizli.

Qəbələ: 1. Kamran Ağayev (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 6. Vladimir Levin, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev.

Baş məşqçi: Yuri Syomin.

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Vüsal Əliyev.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Gülağa Cabarov.

"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 19.00.

Bombardirlər: Mbilla Etame (Xəzər Lənkəran) - 3. Nizami Hacıyev (Qəbələ), Viktor Mendi (Qəbələ), Sadio Tounkara (Xəzər Lənkəran), Vüsal Qarayev (Rəvan), Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq), Elvin Adişirinli (Şuşa).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR