
Avropa Liqasının yarımfinal mərhələsinə start verilib. Oyunlardan biri Portuqaliyada, digəri İspaniyada baş tutub.
"Benfika" "Yuventus"u qəbul edəcək. Lissabondakı "Estadio da Luz" stadionunda baş tutan oyunda portuqaliyalılar 2:1 hesablı qələbə qazanıb. İtalyanlar səfər matçında qol vurmaqla sərfəli nəticəyə nail olublar.
İspaniyada isə ölkə klublarının qarşılaşması baş tutub. Belə ki, "Sevilya" və "Valensiya" münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq səfərə böyük üstünlüklə yollanmaq imkanı əldə ediblər.
Avropa Liqası
2013/14 mövsümü
1/2 final (ilk oyunlar)
24 aprel
Benfika (Portuqaliya) - Yuventus (İtaliya) 2:1
Qollar: Ezekuel Garay, 3. Rodriqo Lima, 84 - Karlos Tevez, 73.
Benfika: Artur, Luisao, Maksi Pereyra, Guilherme Siqueyra, Ezekuel Garay, Miralem Süleymani (Andre Almeyda, 60), Andre Qomes (İvan Kavaleyro, 82), Enzo Peres, Oskar Kardozo (Rodriqo Lima, 62), Rodriqo, Lazar Markoviç.
Ehtiyat oyunçular: Jan Oblak, Jardel, Ruben Amorim, Filip Curiciç.
Baş məşqçi: Jorge Xesus.
Yuventus: Canluici Buffon, Qiorqio Çiellini, Martn Kakeres, Leonardo Bonuççi, Stepan Lixtşteyner, Paul Poqba, Klauido Marçisio, Andrea Pirlo, Kvavdo Asamoah, Mirko Vuçiniç (Sebastian Covinko, 65), Karlos Tevez (Pablo Osvaldo, 82).
Ehtiyat oyunçular: Marko Storari, Anqelo Oqbonna, Andrea Barzaqli, Simone Padoin, Fernando Llorente.
Baş məşqçi: Antonio Konte.
Sarı vərəqələr: Andre Qomes, 34. Artur, 71. Andre Almeyda, 88 - Paul Poqba, 45.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Lissabon. "Estadio da Luz" stadionu.