• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lotu Bəxtiyar ABŞ-a niyə gedə bilməyib?

  • İdman
  • 25 Aprel 2014 15:37
  • 3 385 Baxış
Lotu Bəxtiyar ABŞ-a niyə gedə bilməyib?

“Qa­nu­ni oğ­ru­lar”la bağ­lı bir ne­çə ki­ta­bın mü­əl­li­fi Bəh­ram Çə­lə­bi oğ­ru dün­ya­sı­nın fut­bo­la olan mü­na­si­bət­lə­ri­ndən danışıb.

Publika.az xəbər verir ki, Bəhram Çələbi “Futbol+” qəzetinə verdiyi müsahibədə maraqlı faktlar açıqlayıb. Müsahibəni təqdim edirik:

- “Qa­nu­ni oğ­ru”la­rın fut­bo­la azar­keş­li­yin­dən da­nı­şar­dız. Kim han­sı klu­bun fa­na­tı olub?

- Mən Lo­tu Bəx­ti­yar­dan ki­tab ya­zan­da or­da gös­tər­mi­şəm ki, o, 7-8 ya­şın­dan fut­bo­la ge­dər­di. Söh­bət Ba­ni­şevs­ki­nin döv­rün­dən ge­dir. Bil­mi­rəm, 1964, ya 1965-ci il idi, Mosk­va "Tor­pe­do"su Edu­ard Strelt­sov­la bir­gə Ba­kı­ya gəl­miş­di. On­da Strelt­sov həbs­xa­na­dan təzə çıx­mış­dı. On­da mə­nim də ya­dı­ma gə­lir ki, Ba­kı­nın ün­lü "Sovets­ki" məh­lə­sin­dən xey­li in­san tram­vay­la­ra do­lu­şub Streltsovun oyu­nu iz­lə­mə­yə get­miş­di. Hə­min oyun­da "Neft­çi" 3:0 he­sa­bıy­la qa­lib gəl­di. Hə­min oyu­nu Bəx­ti­yar da iz­lə­miş­di. On­lar hə­mi­şə sta­dio­nun ət­ra­fın­dakı də­mir ha­sar­la­rı aşıb içə­ri da­xil olardılar. Ümi­miy­yət­lə, Bəx­ti­yar fut­bol se­vən bi­ri olub. Hət­ta o, 1994-cü il­də ABŞ-a ge­dib DÇ-ni iz­lə­mək fik­rin­də idi. Am­ma vizası dü­zəl­mə­di. Həm də ya­xın dos­tu rəh­mə­tə get­di­yin­dən okeanın o ta­yı­na yol­la­na bil­mə­di. Hət­ta İvan­kov­la da da­nış­mış­dı ki, ABŞ-da onun­la bir fut­bo­la ba­xa­caq. Da­ha son­ra si­zə "Dok­tor Ağop­pa"dan da da­nı­şa bi­lə­rəm. O da "qa­nu­ni oğ­ru" olub. Mən­də onun Ana­to­li Ba­ni­şevskiylə, Əh­məd Ələs­gə­rov­la, Adil Ba­ba­yev­lə bir yer­də şə­kil­lə­ri var. Rusi­ya­nın "qa­nu­ni oğ­ru­lar"ın­dan Ota­ri Kvan­ti­riş­vi­li 1990-94-cü illər ara­lı­ğın­da fəa­liy­yət gös­tə­rən Lev Ya­şi­nin adı­nı da­şı­yan Həmkər­lar İt­ti­fa­qı ki­mi bir qu­rum yaratmışdı. Özü də ona baş­çı­lıq edir­di. Üstə­lik, Kvan­triş­vi­li Tif­lis "Di­na­mo"su­na hi­ma­yə­dar­lıq edir­di. Son­ra "Tay­van­çik"dən də danı­şa bi­lə­rəm. O, Olim­pia­da­da bizimkilə­rin me­dal qa­zan­ma­sı üçün pul tək­lif et­miş­di. Yə­ni istəyirdi ki, so­vet id­man­çı­sı­nı pul hesa­bı­na çem­pi­on et­sin. Bu­na gö­rə bö­yük qalmaqal ya­şan­mış­dı.

- Strelt­so­vun həbs­xa­na hə­ya­tı haq­da nə de­yə bi­lər­siz? Or­da onun çə­ki­si olub?

- Edu­ard SSRİ mil­li­si­nin üz­vü idi. Onu 1958-ci il­də DÇ-yə aparma­dı­lar, Ni­ki­ta Si­mon­ya­nı sal­dı­lar he­yə­tə. O vaxt onu 7 il­lik həbsxa­na­ya sal­dı­lar. Ya­lan­dan onu zor­la­ma­da it­ti­ham et­di­lər. SSRİ-nin par­ti­ya rəh­bər­lə­rin­dən olan Ye­ka­te­ri­na Furt­so­va qı­zı­nı ona calamaq is­tə­yir­di, Strelt­sov isə bun­dan im­ti­na et­miş­di. Nəticədə Edu­ar­dı qı­zı­nı zor­la­maq­da it­ti­ham edib "içə­ri basdırmışdı". Streltso­vun həbs­xa­na­da da bö­yük nü­fu­zu var idi. Edu­ard dünya şöh­rət­li fut­bol­çu idi. Ona "so­vet tan­kı" de­yir­di­lər. Onu "qanu­ni oğru­lar" yox, ha­mı ta­nı­yır­dı.

- Bəs Azər­bay­can­da oy­na­yan fut­bol­çu­lar­dan kim­lər həbsxana­da ya­tıb?

- Mə­nim ya­dı­ma gə­lir ki, "Neft­çi"nin er­mə­ni fut­bol­çu­su Edu­ard Mar­ka­rov alve­rə gi­riş­di­yi­nə gö­rə 5-6 də­fə sax­la­nı­ lıb. Bil­di­yi­niz kimi, o vaxt alver qa­da­ğan olun­muş­du. An­caq azər­bay­can­lı futbolçu­la­rın həbs­xa­na hə­ya­tın­dan xə­bə­rim yox­du. Ha­mı həbsxana­da ya­ta bi­lər. Mən an­caq "qa­nu­ni oğ­ru­lar"dan da­nı­şa bilərəm. Mə­sə­lən 1-2 də­fə ye­ni­yet­mə­lər ara­sın­da gü­ləş üz­rə Azərbay­can və bir də­fə də Mosk­va­da SSRİ çem­pio­nu olan Dağ­lı Ca­van­şir­dən da­nı­şa bi­lə­rəm.

- Sa­biq fut­bol­çu­lar­dan bi­ri həbs­xa­na­da cə­za­sı­nı çə­kər­kən dustaqla­rın oyu­nu­nu ha­kim ki­mi ida­rə edir­miş və epi­zod­la­rın birin­də o, Bəx­ti­ya­ra sa­rı və­rə­qə gös­tə­rib. Ha­mı çaş-baş qa­lıb. Bəx­ti­yar­da de­yib ki, "lo­tu­ya sa­rı və­rə­qə gös­tər­məz­lər". Bu haq­da məlu­ma­tı­nız var?

- Sa­rı yox, qır­mı­zı və­rə­qə. Lo­tu­la­rın qır­mı­zı rəng­dən zəh­lə­si ge­dir. "Qa­nu­ni oğ­ru"ya sa­rı gös­tə­rər­lər, qır­mı­zı yox. On­lar hət­ta qır­mı­zı rəng ol­du­ğu­na gö­rə "Marl­bro" si­qa­re­ti­nin qu­tu­su­nu tul­la­yıb, onu ay­rı­lıq­da gö­tü­rüb çək­ir­di­lər. Həbs­xa­na­da qo­lu­na qır­mı­zı bağ­la­yan nə­za­rət­çi­lə­rə gö­rə bu rən­gi sev­mir­miş­lər. Həm də ki, on­la­ra pio­ner qals­tu­ku düş­mə­di­yi­nə gö­rə, hə­min qals­tu­ka da nif­rət edir­di­lər.

- Də­qiq mə­lu­mat ol­ma­sa da, ca­ma­at ara­sın­da be­lə söz-söh­bət do­la­şır ki, Röv­şən Lən­kə­rans­ki­nin "Xə­zər Lən­kə­ran" klu­bu ilə is­ti mü­na­si­bət­lə­ri var. Bu haq­da nə de­yər­diz?

- (gü­lür) De­mək olar ki, Röv­şən MDB mə­ka­nın­da "qa­nu­ni oğrular"ın baş­çı­sı­dı. O hət­ta həbs­xa­na­da ya­tar­kən be­lə id­ma­nın inki­şaf et­mə­si­nə ça­lı­şıb, onu təb­liğ edib. Özü də yax­şı id­man­çı­dı. Röv­şən vax­tıy­la gü­ləş­çi olub. Am­ma onun fut­bol­la əla­qə­si haq­da heç nə de­yə bil­mə­rəm.

- 1990-cı il­lər­də is­tə­ni­lən Ru­si­ya ko­man­da­sı­nı do­la­yı yol­la da ol­sa, han­sı­sa "qa­nu­ni oğ­ru" ida­rə edir­di. Azər­bay­can­da da belə hal­lar olub?

- Yu­xa­rı­da "Dok­tor Ağop­pa" adı­nı çək­dim. Əsl adı və so­ya­dı Ağa­ba­la Ba­ba­yev­di. O vaxt "Ağop­pa" "Neft­çi"ni nə­za­rə­ti al­tın­da sax­la­yır­dı.

- Hə­min "qa­nu­ni oğ­ru­lar" in­di də rus fut­bo­lu­na nə­za­rət edir?

- Əl­bət­tə! Rus ma­fi­ya­sı nə­in­ki fut­bol, hət­ta bu də­qi­qə döv­lət işlərinə də gi­ri­şir.

- So­vet döv­rün­də gür­cü "qa­nu­ni oğ­ru­lar" Tif­lis “Dinamo"sunun oyun­la­rı­nı ge­dib sta­di­on­dan iz­lə­yər­di­lər. Gür­cü ma­fi­ya­sının futbola tə­si­ri haq­da nə de­yər­diz?

- O vaxt Mes­xi, Met­re­ve­li və Qa­be­li­ya ki­mi oyun­çu­lar hö­ku­mə­dən mə­va­cib al­maq­la ya­na­şı, "qa­nu­ni oğ­ru­lar"dan pay alır­dı­lar. Yə­ni on­lar da gür­cü oyun­çu­la­ra pul ve­rir­di­lər. Hö­ku­mət 200-300 rubl mə­va­cib ya­zır­dı­sa, bun­lar 1000 rubl məb­lə­ğin­də fut­bol­çu­la­ra "pul kə­sir­di".

- İta­li­ya ma­fi­ya­sın­dan isə xü­su­si da­nış­maq olar. Ümu­miy­yət­lə, ital­yan "ma­fi­oz"la­rın trans­fer­lə­rə və ya oyu­nun nə­ti­cə­lə­ri­nə mü­da­xi­lə et­mə­si haq­da nə söy­lə­yər­diz?

- Bə­li, ya­dı­nız­da­dı­sa, 2006-cı il­də "Yu­ven­tus"u eli­ta­dan kənarlaşdır­dı­lar, çem­pi­on­lu­ğu­nu da əlin­dən al­dı­lar. Bu, ma­fi­ya­nın işi idi. İta­li­ya­da "Pa­ler­mo" və "Ka­ta­ni­ya" ki­mi ko­man­da­la­rı da ABŞ-da məs­kun­la­şan Si­ci­li­ya ma­fi­ya­sı tə­rə­fin­dən ida­rə olu­nur.

- "Ya­pon­çik"lə "Ded Xa­san"ın fut­bo­la mü­na­si­bə­ti ne­cə olub?

- "Ya­pon­çik"in fut­bo­la yox, ka­ra­te ilə sam­bo­ya bö­yük ma­ra­ğı olub. "Ded Xa­san" isə ümu­miy­yət­lə, id­man­dan uzaq adam idi. Onun işi-pe­şə­si an­caq pul qa­zan­maq idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR