• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

7 qat dünya çempionu komadan ayılaraq həyat yoldaşını tanıdı - FOTOLAR

  • İdman
  • 25 Aprel 2014 18:10
  • 1 091 Baxış
7 qat dünya çempionu komadan ayılaraq həyat yoldaşını tanıdı - FOTOLAR

“F1”-in ulduzu Mixail Şumaxerin komadan ayıldığı deyilir.

Publika.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə pilotun meneceri Sabina Kem məlumat verib. Xanım menecerin sözlərinə görə, hamının səbirsizliklə ayılmasını gözlədiyi çempion süni koma vəziyyətindən çıxaraq özünə gəlib və hətta həyat yoldaşını tanımağa başlayıb.

Sabibna Kem bildirib ki, komadan ayılan idmançının sağlamlıq durumu hələ ki, zəifdir.

Xatırladaq ki, "Formula 1"in 7 qat dünya çempionu ötən ilin dekabr ayının 29-da Meliberedə xizək sürərkən yıxılıb. O başından aldığı güclü zədə səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Şumaxer o vaxtdan bu günə kimi koma vəziyyətində olub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR