• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tanınmış məşqçi 45 yaşında vəfat etdi

  • İdman
  • 25 Aprel 2014 22:24
  • 559 Baxış
Tanınmış məşqçi 45 yaşında vəfat etdi

"Barselona"nın sabiq baş məşqçisi Tito Villanova vəfat edib. Xərçəngdən əziyyət çəkən gənc mütəxəssis bu gün dünyasını dəyişib.

Vilanovaya xərçəng diaqnozu 2013-cü ildə qoyulmuşdu. O, müalicə məqsədi ilə ötən ilin 19 iyulunda "Barselona"dan istifa vermiş və uzun müddət Amerikada müalicə olunmuşdu. Ötən həftə onun səhhəti yenidən pisləşib və xəstəxayana yerləşdirilib. Dərhal əməliyyat olunan Tito bir neçə gün idi reanimasiyada saxlanılırdı. Bu gün isə o, 45 yaşında dünyasını dəyişib.

Tito Villanova "Barselona"nın yetirməsidi. O, 1984-1990-cı illərdə Kataloniya klubunun aşağı yaş qruplarında və B komandasında çıxış edib. Bundan sonra isə "Fiqueres", "Selta", "Badayoz", "Malyorka", "Lleyda", "Elçe" və "Qramenet"də çıxış edib.

Baş məşqçi kimi fəaliyyətə 2003-cü ildə başlayan və bir mövsüm "Palafruqell"i çalışdıran Vilanova 2007-ci ildə "Barselona"ya dönüb. 2007/08 "Barselona"nın B komandasını çalışdıran mütəxəssis 2008-ci ildə əsas heyətin baş məşqçisi Pep Qvardiolanın köməkçisi təyin olunub. O, 2012-ci ildə istefa verdikdən sonra komandanın başına keçib və 2013-cü ilin 19 iyulunadək fəaliyyət göstərib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR