“Qəbələ” dünyaya meydan oxuyur! – BU SİYAHIYLA
Bizi izləyin

İdman

“Qəbələ” dünyaya meydan oxuyur! – BU SİYAHIYLA

Azərbaycan təmsilçisi “Qəbələ” siyahının 1-ci pilləsində qərarlaşıb. Əyalət klubu Premyer Liqasında ardıcıl 8 matçda qol buraxmamaqla bütün dünyaya nümunədir.

Dünyanın bütün ölkələrinin milli çempionatları ilə bağlı statistik göstəricilər açıqlanıb.

Publika.az xəbər verir ki, turnirlərdə davam etməkdə olan ən uzun seriyalar müəyyənləşib. Azərbaycan təmsilçisi “Qəbələ” siyahının 1-ci pilləsində qərarlaşıb. Əyalət klubu Premyer Liqasında ardıcıl 8 matçda qol buraxmamaqla bütün dünyaya nümunədir.

Etibarlı müdafiəsi ilə hamıdan öndə olan Roman Qriqorçukun yetirmələrinin ən yaxın izləyicisinin adı da maraqlıdı. Belə ki, 2-ci pillədə mütəxəssisin sabiq komandası qərarlaşıb. Odessa “Çernomorets”i Ukrayna çempionatının ardıcıl 6 matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

1. Qəbələ (Azərbaycan) - 8

2. Çernomorets (Ukrayna) – 6

3-8. USM (Əlcəzair) – 5

Vlajniya (Albaniya) – 5

APOEL (Kipr) – 5

Bizerten (Tunis) - 5

Hanoy (Vyetnam) - 5

Qirmot (Macarıstan) - 5

9. Ventspils (Latviya) - 4

Oxumağa davam et
Reklam
Reklam

Gündəm