Möhtəşəm “7 NÖMRƏ”LƏR - FOTOLAR
Bizi izləyin

İdman

Möhtəşəm “7 NÖMRƏ”LƏR - FOTOLAR

Futbolda elə nömrələr var ki, onların xüsusi statusu var. Məsələn, “10 nömrə”ni adətən komandada seçilən futbolçuların əynində görə bilərik. Bir də “7 nömrə”lər var.

Futbolda elə nömrələr var ki, onların xüsusi statusu var. Məsələn, “10 nömrə”ni adətən komandada seçilən futbolçuların əynində görə bilərik. Bir də “7 nömrə”lər var.

Publika.az futbol dünyasının hazırki ən yaxşı “7”-lərini təqdim edir:

N`Qolo Kante (Çelsi)

“Çelsi”nin yeni transferi N`Qolo Kante “Lester”in möcüzəli İngiltərə çempionluğunda baş rollardan birini oynayırdı.

Frank Riberi (Bavariya)

Bir həftə əvvəl Bundesliqanın 4-cü turunda “Herta”nın qapısına gözəl qol vuran Riberi 33 yaşında da ustalığını itirmədiyini göstərdi!

Xose Mariya Kalyexon (Napoli)

Xose Kalyexonun optimal fiziki forması “Napoli”nin zirvədə qalmasına kifayət edir.

Kriştiano Ronaldo (Real)

Forma keçicidir, Ronaldonun səviyyəsi isə qalıcı...

Rahem Sterlinq (Mançester Siti)

Cəmi 21 yaşı var. Pep Qvardiola baş məşqçi postuna gələndən sonra tənqidçiləri birdəfəlik susdurdu.

Antuan Qrizmann (Atletiko)

“Atletiko” və Fransa millisi onsuz haralarda olardı görəsən?

Aleksis Sançez (Arsenal)

Aleksisə bəlkə də çox dəyər verildiyini düşünə bilərsiz. Ancaq hazırda “Arsenal” üçün onun həyati dəyərli futbolçu olduğuna şübhə etməyin!

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm