Sadə insanlar bir anda dünya ulduzlarına necə çevrildilər? - VİDEO
Bizi izləyin

İdman

Sadə insanlar bir anda dünya ulduzlarına necə çevrildilər? - VİDEO

Sadə insanlar bir anda dünya ulduzlarına necə çevrildilər? - VİDEO

Mundialın əsas sponsorlarından biri olan "Nike "Risk Everything” (hər şey riskdir) adlı yeni reklam çəkib.

Publika.Az xəbər verir ki, dünən “youtube” portalında yerləşdirilən reklam çarxına 5 milyondan çox futbol azarkeşi baxıb.

Həmin reklamda Ronaldo, Neymar, Ueyn Runi, Zlatan İbrahimoviç, Cerard Pike, Qonzalo İquain, Mario Götze, Eden Hazard, Tiyaqo Silva, Andrea Pirlo, Devid Luiz, Andres İniesta, Tibo Kurtua və Tim Hovard çəkilib.

Reklamın mahiyyəti iki qrup gəncin futbol oynayarkən adlarını çəkdikləri oyunçulara çevrilməsidir.

Ən gülməli vəziyyət isə oyun meydançasına girən poçtalyonun “İnyesto” desə də həmin futbolçuya çevrilməsidir. Çünki o futbolçunun adını düzgün demir.

Maraqlıdır ki, matçı kənardan izləyənlərdən biri “gerçək” Pirlo və basketbolun ulduzu Kobe Brayant olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm