“Beşiktaş” Eto'o istəyindən vaz keçdi
Bizi izləyin

İdman

“Beşiktaş” Eto'o istəyindən vaz keçdi

“Beşiktaş” Eto'o istəyindən vaz keçdi

“Beşiktaş” “Çelsi”də çıxış edəm kamerunlu ulduz Samuel Eto'onu almaq istəyindən vaz keçib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “qartal”ın baş məşqçisi Slaven Biliç verib. Biliçin sözlərinə görə, bu addım həddindən artıq riskli olduğu üçün ondan imtina etməli olublar: “Heç kim mübahisə etmir, Eto'o dahi futbolçudu. Ancaq o, hazırda bizim planımıza daxil deyil. Biz əvvəlcə klubun gələcək strategiyasını nəzərə alırıq, sonra maddi vəziyyətimizə baxırıq. İndiki vaxtda Eto'oya təklif göndərmək həddindən artıq riskli addım olardı”.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda “Beşiktaş”ın Eto'oya illik 8 milyon avro müqabilində təklif göndərməsi ilə bağlı xəbərlər yayılmışdı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm