"Boyunuzu yerə soxum!" - “Neftçi” azarkeşlərindən etiraz - FOTO
Bizi izləyin

İdman

"Boyunuzu yerə soxum!" - “Neftçi” azarkeşlərindən etiraz - FOTO

Azərbaaycan Premyer Liqasının VII turu çərçivəsində hazırda keçirilən "Neftçi" - "Kəpəz" matçı ev sahiblərinin azarkeşlərinin etirazı ilə start götürüb.

Publika.az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın bir qrup fanatı hələ matç başlamamışdan "Neftçi"nin futbolçularının əleyhinə şüarlar səsləndiriblər.

Bu şüarlar komandalar meydana daxil olandan sonra da davam edib. Onlar əvvəlcə "Masazır yaxın gəlir, gedin, gedin Dubaya" şüarını səsləndirərək, klub rəhbərliyinin ünvanına söz atıblar. Fanatlar bununla "Neftçi"nin ev oyunlarının Masazırda yerləşən "Əlincə Arena"da keçirilməsinə etirazlarını bildiriblər.

Daha sonra azarkeşlər "Boyunuzu yerə soxum" şüarını səsləndirməklə, futbolçuların çıxışından narazı qaldıqlarına işarə ediblər.

Qeyd edək ki, ilk hissəsi oynanılan matçda hələ ki, hesab açılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm