Ulduz futbolçu ona atılan bananı belə yedi – VİDEO + FOTOLAR
Bizi izləyin

İdman

Ulduz futbolçu ona atılan bananı belə yedi – VİDEO + FOTOLAR

Ulduz futbolçu ona atılan bananı belə yedi – VİDEO + FOTOLAR

“Barselona”nın ulduz futbolçusu Dani Alves ona qarşı irqçi hərəkət edən azarkeşlərə orijinal üsulla cavab verib.

Publika.az xəbər verir ki, “Villareal”la qarşılaşmada rəqibin azarkeşləri braziliyalı legionerə banan atıblar. Oyunun son dəqiqələrində künc zərbəsini yerinə yetirməyə gedən müdafiəçi tribunadan atılan banana tuş gəlib. Özünü itirməyən Alves bananı yerdən qaldıraraq soyub və yeyib.

Futbolçu instaqramda məsələyə belə şərh yazıb: “Mənim atam həmişə deyərdi ki, banan yeyirsənsə əzələlərin qıcolmadan qorunacaq. Ha, ha, ha”.

Alvesə onun sevgilis Taissa Karvalo və “Barselona”nın ulduz futbolçusu Neymar da dəstək olublar. Onlar instaqramda əllərində banan tutaraq çəkdirdikləri şəkilləri yerləşdirməklə Alvesə dəstəklərini nümayiş etdiriblər.

İngiltərə futbolunun əfsanəsi Qari Lineker olaya belə münasibət bildirib: “Alvesdən parlaq reaksiya. Rasizim xəstəliyini müalicə etmək üçün tam uyğun addım atdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm