Prezident ulduz futbolçuya dövlət nişanı taxdı - FOTO
Bizi izləyin

İdman

Prezident ulduz futbolçuya dövlət nişanı taxdı - FOTO

“Real”ın ulduz oyunçusu Kriştiano Ronaldo ölkəsində dövlət mükafatı alıb.

Publika.az İngiltərə mətnbuatına istinadən xəbər verir ki, “Palacio de Belem”də təşkil edilən mərasimdə dənizçi Prins Henrique adına verilən xaç şəklindəki dövlət nişanını Ronaldoya Portuqaliyanın prezidenti Anibal Kavaku Silva taxıb.

Dövlət nişanı, Portuqaliyanın simvolu olaraq, bütün dünyada ölkəni ən yüksək şəkildə təmsil edən və gənc nəsillərə örnək insanalara verilir.

Ulduz futbolçu mükafatın təqim edilməsindən sonra prezidentin şəxsən özündən bu mükafatı aldığı üçün qürur hissi keçirdiyini deyib. Həmçinin Ronaldo ölkəsini dünya çempionu etmək üçün çalışacağını çalışacağını bildirib:

''Prezidentin əlindən bu mükafatı almaq mənim üçün böyük bir qürurdur. Bu mənə daha çox çalışaraq ölkəmi İspanyada, həm də bütün dünyada layiqincə təmsil etməmə motivasiya verir. Hədəflərim böyükdür. Bunun üçün daha çox əziyyət çəkmək lazımdır. Dünya çempionu olmaq çox çətindir. Lakinölkəmiz üçün bu xəyalı reallaşdırmağa çalışacağıq”.

Xatırladaq ki, bu mükafat idman aləmindən Ronaldodan əvvəl Eusebio (futbolcu), Jose Mourinho (baş məşqçi), Carlos Queiroz (baş məşqçi), Carlos Lopes (marafon atleti), Rosa Mota (marafon atleti) və Aurora Cunhaya (marafon atleti) da verilmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm