• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yeni layihə - Atlarımızı hara aparırlar?

  • İdman
  • 28 Aprel 2014 15:47
  • 816 Baxış
Yeni layihə - Atlarımızı hara aparırlar?

Aprelin 28-29-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Atçılıq Federasiyasının növbədənkənar Baş Assambleyası və İdman Forumu keçiriləcək.

Publika.Az xəbər verir ki, forumda bu idman növünün qaydalarında ediləcək dəyişiliklərə baxılacaq.

Eyni zamanda, ARAF-in ən vacib layihələrindən olan - Abşeron rayonu ərazisində at xəstəliklərindən azad zonanın yaradılması məsələsi ilə bağlı da müzakirələr aparılacaq.

Əsas məsələ isə Beynəlxalq Atçılıq Federasiyasının prezidentinin seçilməsinin iki dövrdən, üç dövrə qaldırılmasıdı. Bundan başqa Azərbaycanla da bağlı bir sıra mühüm qərarların veriləcəyi gözlənilir.

Qeyd edək ki, xəstəliklərdən azad zona yaradılandan sonra Azərbaycan atları nəhayət ki, maneəsiz Avropanın istənilən şəhərlərinə göndərilə biləcək.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR