• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Dünya və Avropa çempionlarımızı birləşdirən məqsəd

  • İdman
  • 28 Aprel 2014 17:18
  • 1 613 Baxış
Dünya və Avropa çempionlarımızı birləşdirən məqsəd

Böyüklərdən ibarət Azərbaycan milli komandası 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına son hazırlığı başa vurub. “Şəfa” İdman Sağlamlıq mərkəzində bir həftəlik təlim-məşqlərin sonuncu günündə idmançılar qısa məşq proqramı ilə kifayətləniblər.

Məşqçilər heyəti 12 idmançıya etimad göstərib.

Məcid Əmirov (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva fərdi kumitedə, Asiman Qurbanlı, Rafiz Həsənov və Tural Ağalarzadə komanda kumite yarışında, Tural Balcanlı isə fərdi kata çıxışında iştirak edəcək.

Publika.Az yarışa qatılan bəzi idmançılar haqqında qısa məlumat hazırlayıb. Həmin idmançıların nəticələri haqqında məlumatları təqdim edirik:

Niyazi Əliyev (-67 kq) - Karate Do üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibidir. Təxminən 16 ilə yaxındır ki, bu idmanla məşğuldur. III İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısıdır.

Ayxan Mamayev (-84 kq) - 6 ildir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Gənclər arasında 2011-ci ildə dünya, bir il sonra isə qitə çempionu olub. Böyüklər arasında isə 2012-ci ildə Avropa ikincisi və dünya üçüncüsü olub. Üçüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Şahin Atamov (+84 kq) - 2006-cı ildə şotokanda dünya çempionu, WKF-də böyüklər arasında dünya çempionatının gümüş və bürünc medalarını qazanıb. İki dəfə dünya kubokunun qalibi olub. O, III İslam Həmrəyliyi Oyunlarında gümüş medala da sahib olub. Həm də son dünya oyunlarının qalibidir. Bundan əlavə o, II dan qara kəmər ustasıdır. Bu il hazırlaşdığı əsas turnir noyabrda Almaniyada keçiriləcək Dünya Çempionatıdır. Daha sonra isə o, Bakıda reallaşacaq Avropa Olimpiya Oyunlarına hazırlaşacaq.

Qeyd edək ki, 4 qat dünya, 10 qat Avropa çempionu Rafael Ağayev (-75 kq) ayağında yaranan zədə üzündən Avropa çempionatında iştirak edə bilməyəcək(http://publika.az/ p/16645). Lakin o, 1 ay sonra yenidən məşqlərini bərpa edəcək. Noyabrda baş tutacaq yarışda dünya çempionatında iştirak etməyi planlaşdırır.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR