Polis fanatı yandırdı - VİDEO - FOTO
Bizi izləyin

İdman

Polis fanatı yandırdı - VİDEO - FOTO

Polis fanatı yandırdı - VİDEO - FOTO

Polşanın futbol üzrə ölkə çempionatının ali divizionunda oynanan matçlardan birində faciə yaşana bilərdi.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Slask" (Vroslav")-"Zaqlebi" (Lyubin) matçında tribunadakı fanatlar qışqırır, bağırır, komandalarını dəstəkləyirdilər. Bu zaman fanatlardan biri əlindəki flayerə od vurub.

Bağıran fanatları sakitləşdirməyə çalışan polis zabitlərindən biri flayerə yeni od vurmuş fanatın üstünə gözyaşardıcı qaz püskürdüb.


Bu zaman fanat alovlanıb.

Polis qorxub və yandırdığı adama yardım etmək üçün irəli atılanda fanat aşağı yıxılıb.


Bir qədər sonra isə o, ayağa durub.

Xoş təsadüfdən fanat yanmayıb.


Tribunada yaşanan olayı Polşa Futbol Federasiyası və Daxili İşlər Nazirliyi araşdırmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm