İdmançılarımızı 3 möhtəşəm sınaq gözləyir
Bizi izləyin

İdman

İdmançılarımızı 3 möhtəşəm sınaq gözləyir

İdmançılarımızı 3 möhtəşəm sınaq gözləyir

Cüdo üzrə milli komandalarımız may ayında təşkil olunacaq beynəlxalq turnirlərə hazırlaşır.

Publika.az-ın federasiyadan aldığı məlumata görə, yeniyetmələrdən ibarət yığma komandamız mayın 17-18-də Avropa kubokunda iştirak etmək üçün Polşanın Belsko-Byala şəhərinə yola düşəcək.

Bundan əlavə həmin tarixdə gənclərdən ibarət yığma komandamız Kiyevdə keçirilən Avropa kubokunda iştirak edəcək.

Kişilər və qadınlardan ibarət cüdo üzrə yığmalarımız isə Rusiyanın Orenburq şəhərində baş tutan Avropa Kubok uğrunda mübarizəyə qoşulacaqlar.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli Rusiyanın Orenburq şəhərində keçirilən turnirə yolan düşən yığmaların başında olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm