Ronaldo bu rekordla Messini geridə qoyacaq
Bizi izləyin

İdman

Ronaldo bu rekordla Messini geridə qoyacaq

Ronaldo bu rekordla Messini geridə qoyacaq

“Real”ın ulduzu Ronaldo bu gün yeni rekord müəyyənləşdirə bilər.

Buna görə də, ulduz futbolçu Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında qol vurmalıdır.Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ispaniya mətbuatı məlumat yayıb. Cari mövsüm ÇL-də 14 dəfə fərqlənən portuqaliyalı ulduz Münhen təmsilçisinin qapısına yol taparsa, Çempionlar Liqası tarixində bir mövsümdə ən çox qol vuran yeganə futbolçu olacaq. Hazırda Ronaldo Messi ilə birgə bu rekorda şərikdir.

29 yaşlı oyunçu "Bavariya" ilə görüşdə het-trikə imza atarsa, ÇL tarixinin indiyə kimi ən çox fərqlənən futbolçusu Messiyə çatacaq. Hazırda Ronaldo 67 qolla siyahıda üçüncü pillədədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm