"Bavariya" rusvay oldu: "Real" 12 ildən sonra finalda - VİDEO
Bizi izləyin

İdman

"Bavariya" rusvay oldu: "Real" 12 ildən sonra finalda - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Gecə Lissabonda keeçiriləcək final matçının ilk iştirakçısı müəyyənləşib.

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Gecə Lissabonda keeçiriləcək final matçının ilk iştirakçısı müəyyənləşib.

Münhendəki "Allianz Arena"da baş tutan oyunda "Bavariya" "Real"ı qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə "Real" cavab qarşılaşmasında Çempionlar Liqasının son qalibini rusvay edib - 4:0. Hesabı 15-cı dəqiqədə Luka Modriçin ötürməsini qola çevirən Serxio Ramos açıb. O, 4 dəqiqə sonra Pepenin pasından yararlanaraq dublunu rəsmiləşdirib. 34-cü dəqiqədə turnirin bombardiri Kriştiano Ronaldo fərqlənib. Portuqaliyalı ulduza qol ötürməsini Qaret Beyl verib. Ronaldo 90-cı dəqiqədə cərimə zərbəsindən gözəl qola imza ataraq, matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, yarımfinalın digər oyunu bu gün keçiriləcək və "Çelsi" "Atletiko"nu qəbul edəcək. Bu komandalar arasında ilk oyunda hesab açılmayıb.

Çempionlar Liqası

2013/14 mövsümü

1/2 final (cavab oyunu)

29 aprel

23.45 Bavariya (Almaniya) - Real (İspaniya) 0:4

Qollar: Serxio Ramos, 16; 20. Kriştiano Ronaldo, 34; 90.

Bavariya: Manuel Neuer, Dante, Jerome Boatenq, Filip Lam, Frank Riberi (Mario Götze, 72), Aryen Robben, Tomas Müller (Klaudio Pizarro, 72), David Alaba, Bastian Şvaynştayger, Toni Kroos, Mario Mandzukiç (Xavi Martines, 46).

Ehtiyat oyunçular: Lukas Raeder, Daniel van Buyten, Rafinya, Pierre Hoybyerq.

Baş məşqçi: Pep Qvardiola.

Real: İker Kasilyas, Pepe, Serxio Ramos (Rafael Varane, 75), Fabio Koentrao, Daniel Karvajal, Qaret Beyl, Xabi Alonso, Luka Modriç, Angel Di Maria (Kasemiro, 84), Kriştiano Ronaldo, Kərim Benzema (İsko, 80).

Ehtiyat oyunçular: Dieqo Lopes, Marselo, Asyer İllarramendi, Alvaro Morata.

Baş məşqçi: Karlo Ançelotti.

Sarı vərəqələr: Dante, 17 - Xabi Alonso, 38.

Baş hakim: Pedro Proença (Portuqaliya).

Münhen. "Allianz Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm