Şoumen Bəyazla məzələndilər- “Didye Droqbanın ağ dərili versiyasıdı”
Bizi izləyin

İdman

Şoumen Bəyazla məzələndilər- “Didye Droqbanın ağ dərili versiyasıdı”

Şoumen Bəyazla məzələndilər- “Didye Droqbanın ağ dərili versiyasıdı”

İnsanlar arasında Bəyaz kimi tanınan məhşur tele və radio aparıcısı Öztürk, “Lig TV” kanalının qonağı olarkən maraqlı süprizlə qarşılaşıb.

Publika.azbər verir ki, 18 ildi insanlar tərəfindən sevilərək izlənilən verilişlər, layihələr hazırlayan Bəyaz haqqında “Lig TV” əməkdaşları maraqlı reportaj hazırlayıblar.

Adi insanlara Bəyazın futbolla əlaqəsiylə bağlı suallar verilib. Daim qonaqlarını həyəcanlandıran və çətinliyə salan Öztürk bu dəfə özü böyük həyəcan yaşayıb.

Sual: Bəyaz futbolçu olsaydı, necə olardı?

- Gülməli, maraqlı, əcaib futbolçu olardı.

- Yaxşı futbolçu olardı. Bir az arıqlamalıdı.

- İnanıram ki, o, güclü, amma adi bir futbolçu olardı. Ulduz oyunçu olmazdı.

- Yaxşı futbolçu olardı. Böyük ehtimalla komandasının kapitanı olardı. Şou-biznesdə hamını birləşdirmə özəlliyinə görə.

- Ciddi futbolçu ola bilməzdi. Çünki onun özü ciddi biri deyil. Səmimi, gülərüz insan olması futbola necə təsir edərdi, bilmək olmaz.

Sual: Hansı mövqedə oynayardı?

- Uzun boylu olduğuna görə qapıçı olardı.

- Fiziki görünüşünə görə müdafiəçi ola bilərdi.

- Bəyaz əla hücumçu olardı. İndiki işindəki kimi. Ondan müdafiəçi çıxmaz.

- O, yaxşı qolkiper olardı. Proqramlarından birində qapıda dayanıb, top dəf etmişdi.

- Onu stopper mövqeyində oynatmaq olar. Uca boyu, iri gövdəsiylə həmin mövqedə yaxşı oynayardı.

Sual: Bəyazı hansı futbolçuya bənzətmək olar?

- Boyuna görə Didye Droqbanın ağ dərili versiyasıdı.

- O, işiylə heç kimə bənzəmir. Yəqin futbolçu kimi də heç kimə bənzəməzdi. Özü kimi futbolçu olardı.

- Bilikaya (keçmiş “Fənərbaxça”lı).

- Volkan Dəmirələ.

- “Qalatasaray”lı Semih Kayaya bənzədirəm.

- Mən onu heç düşünmədən Ronaldo ilə müqayisə edirəm. Bəli, Ronaldo ilə. Bəyaz hər işdə uğurlu insandı.

Sual: Bəyazı hansı komandada görürsüz?

- “Fənərbağça”da.

- O, “Fənərbağça”dan dönməz.

- Onun “Fənərbağça” azarkeşi olduğunu bilirik. Ona uyğun “Fənərbağça”dı. Amma “Qalatasaray”ı seçsəydi, daha yaxşı olardı.

- “Beşiktaş” forması ona yaraşardı.

- “Borussiya” Dortmunddan başqa, bütün komandalarda oynayardı (gülür).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm