Prezidentin irqçi çıxışı ABŞ-ı bir-birinə vurdu - VİDEO
Bizi izləyin

İdman

Prezidentin irqçi çıxışı ABŞ-ı bir-birinə vurdu - VİDEO

Prezidentin irqçi çıxışı ABŞ-ı bir-birinə vurdu - VİDEO

“Los Anceles Klippers” basketbol klubunun sahibi Donald Sterlinq NBA tərəfindən ömürlük cəzalnıb.

Bundan əlavə o, 5 milyon dollar cərimə də ödəməlidir. Publika.Az xəbər verir ki, cəzanın səbəbi Sterlinqin irqçi sözləri olub. “Los-Anceles Klippers”in sahibi Donald Sterlinqin sevgilisi ilə söhbətinin səs yazısı aləmi bir-birinə vurub. Belə ki, Sterlinq söhbət zamanı sevgilisinə belə deyib:

“Zəncilərlə istəsən yat, istəsən evə gətir, istədiyin hər şeyi et. Amma, qara dərililəri mənim komandamın matçlarına gətirmə. Sənin oyunlara zənci dostlarını gətirməyini istəmirəm. Onları ətrafımda görməkdən məmnun deyiləm. Mənim matçlarım xaricində onlarla nə edirsən et, amma “Klippers” matçlarına dəvət etmə. Xüsusilə Macik Conson ilə birlikdə çəkdirdiyin şəkilləri "instagram"da paylaşmağını istəmirəm”.

Hər kəs irqi ayrı-seçkiliyə yol verən Sterlinqin "Los-Anceles Klippers"dən ayrılmasından danışır. Onun sözlərindən sonra bütün Amerika fəallaşaraq Sterlinqin cəzalanmasını tələb ediblər. Əvvəlcə Sterlinqin pul cəriməsi ilə yaxa qurtaracağı gözlənilsə də , liqa ona daha ağır cəza kəsib.

NBA ulduzu Macik Consonun özü də msələylə bağlı mətbuata danışıb:

“2014-ci ildə hələ də irqi ayrı-seçkiliyi edən insanlardan danışmağımız utancvericidir. Silver komandası “Klippers”i satmalıdır. Ona hörmət etmişdim. Onun da mənə hörmət etdiyini düşünürdüm. Biri mənə gəlib irqçi olduğunu açıq şəkildə dilə gətirsə, bunu anlayaram və hörmət edərəm. Amma üzümə gülüb, əlimi sıxıb, qarşımda aktyorluq edirsə və sonra məndən narahat olduğunu, matçlarında görmək istəmədiyini söyləyirsə, bunu anlamıram, hörmət də etmərəm. Belə düşünürsənsə o zaman niyə sahib olduğun komandanın 70 faizi arikalı amerikalı oyunçulardan qurulmuş?”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm