Saziş imzalandı – “Formula-1” Bakıda
Bizi izləyin

İdman

Saziş imzalandı – “Formula-1” Bakıda

Saziş imzalandı – “Formula-1” Bakıda

2016-cı ildə “Formula-1” yarışının “Qran-pri” mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi saziş imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Bakıda keçiriləcək yarışın “Qran-pri Avropa” adlanacağı gözlənilir. Yarış Bakıda I Avropa Oyunlarından bir il sonra, yəni 2016-cı ildə keçiriləcək.

Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra “Formula-1” yarışının “Qran-pri” mərhələsini keçirəcək ikinci ölkə olacaq.

Saziş Bakıda “Formula-1”-in prezidenti Berni Ekklstoun ilə imzalanıb.

Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun 22 mərhələyədək artırılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm