Lissabonda Madrid derbisi: "Real" - "Atletiko"
Bizi izləyin

İdman

Lissabonda Madrid derbisi: "Real" - "Atletiko"

Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Londonda finala vəsiqə qazanan ikinci komandanın adına aydınlıq gəlib.

Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Londonda finala vəsiqə qazanan ikinci komandanın adına aydınlıq gəlib.

Günün yeganə oyununda "Çelsi" "Atletiko"nu qəbul edib. "Stamford Bric" stadionunda baş tutan oyunda bir gün əvvəl olduğu kimi ispanlar qalib gəlib. "Atletiko" Joze Mourinyonun başçılıq etdiyi komandanı 3:1 hesabı ilə yenib.

Hesabı 36-cı dəqiqədə ingilislər açıb. Sezar Azpilikuetanın ötürməsini Fernando Torres dəyərləndirərək, 2001-2007-ci illərdə oynadığı komandanı məyus edib. "Atletiko" cəmi 8 dəqiqə sonra bərabərliyi təmin edib. Xuanfranın ötürməsini Adrian Lopes qola çevirib. 60-cı dəqiqədə penaltidən yararlanan Dieqo Kosta ispanları hesabda önə keçirib. Oyunda son nöqtəni isə Arda Turan qoyub. Türkiyə yığmasının üzvü 72-ci dəqiqədə "Çelsi"nin qapısına yol tapıb.

Beləliklə, mayın 24-də Lissabondakı "Estadio da Luz" stadionunda keçiriləcək final matçında İspaniya derbisi baş tutacaq və "Real"la "Atletiko" qalib adı uğrunda mübarizə aparacaq. Bir gün əvvəl finala vəsiqə əldə edən "Real" yarımfinalda iki oyunun nəticəsinə görə Çempionlar Liqasının son qalibi "Bavariya"nı 5:0 hesabı ilə yenib (1:0, 4:0).

Çempionlar Liqası

2013/14 mövsümü

1/2 final (cavab oyunu)

30 aprel

Çelsi (İngiltərə) - Atletiko (İspaniya) 1:3

Qollar: Fernando Torres, 36 - Adrian Lopes, 44. Dieqo Koşta, 61-pen. Arda Turan, 72.

Çelsi: Mark Şvarzer, Branislav İvanoviç, Eşli Koul (Samuel Eto`O, 54), David Luiz, Hari Kahill, Con Terri, Sezar Azpilikueta, Ramires, Eden Hazard, Villian (Andre Şkürrle, 77), Fernando Torres (Demba Ba, 67).

Ehtiyat oyunçular: Hilario, Tomaş Kalas, Oskar, Marco van Ginkel.

Baş məşqçi: Joze Mourinyo.

Atletiko: Tibaut Kurtua, Dieqo Qodin, Luis Filipe, Xuanfran, Miranda, Mario Suares, Tyaqo, Koke, Arda Turan (Kristian Rodriges, 84), Adrian Lopes (Raul Qarsiya, 66), Dieqo Koşta (Jose Sosa, 76).

Ehtiyat oyunçular: Daniel Aranzubia, Tobi Alderveyreld, Dieqo Ribas, David Vilya.

Baş məşqçi: Dieqo Simeone.

Sarı vərəqələr: Hari Kahill, 31 - Dieqo Koşta, 60. Adrian Lopes, 65.

Baş hakim: Nikola Rizzoli (İtaliya).

"Stamford Bric" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm