“Yuventus Arena”ya kim qədəm basacaq?
Bizi izləyin

İdman

“Yuventus Arena”ya kim qədəm basacaq?

“Yuventus Arena”ya kim qədəm basacaq?

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Turində “Yuventus” “Benfika”nı qəbul edəcək. İspaniyada isə La Liqa təmsilçiləri – “Valensiya” və “Sevilya” üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00.05-də başlayacaq.

208-ci qarşılaşma

“Sevilya” Valensiya səfərinə üstünlüklə yollanır. Belə ki, Sevilyada keçirilən ilk qarşılaşmada meydan sahibləri Stepan Mbia və Karlos Bakkanın qolları ilə 2:0 hesablı qələbə qazanıb. Valensiyadakı cavab matçını serb referi Milorad Maziç idarə edəcək. “Valensiya” və “Sevilya” 208-ci dəfə üz-üzə gələcək. Geridə qalan 207 matçda “Valensiya” 95, “Sevilya” 77 qələbə qazanıb, 35 oyunda qalib müəyyənləşməyib. “Sevilya” 2006 və 2007-ci illərdə ardıcıl iki dəfə UEFA Kubokunu başı üzərinə qaldırıb, “Valensiya” isə 2004-cü ildə eyni uğura imza atıb.

“Yuventus” evindəki finala doğru

“Benfika” evindəki ilk matçda 2:1 hesablı qələbə qazanıb. Hesabı 2-ci dəqiqədə meydan sahiblərindən Garay açıb, 73-cü dəqiqədə Tevez bərabərliyi təmin edib. 84-cü dəqiqədə isə Lima portuqaliyalıların qələbə qoluna imza atıb. “Yuventus Arena”dakı matçı ingilis referi Mark Klattenburq idarə edəcək.

Avropa Liqasının final matçı Turində - “Yuventus Arena”da keçiriləcək. “Yuventus” bu finala vəsiqə qazanmaqla azarkeşlərini sevindirmək istəyir.

18 il sonra finala?

Avropa Liqasında (həmin vaxt UEFA Kuboku adlanırdı) sonuncu dəfə 1994/95 mövsümdə finala çıxan “Yuventus” “Benfika” səddini keçəcəyi halda 18 il sonra final oynayacaq. Turin klubu 1994/95 mövsümündəki finalda A Seriyasındakı rəqibi “Parma” ilə qarşılaşmışdı. İlk matçda (həmin vaxt final iki oyundan ibarət olub) 0:1 hesabı ilə yenilən “Yuve” cavab qarşılaşmasında heç-heçə edib - 1:1.

“Yuventus” indiyədək 3 dəfə turnirin qalibi olub və “İnter”lə birlikdə bu kuboku ən çox qazanan klubdu. Turin təmsilçisi 1977, 1990 və 1993-cü illərdə kuboku başı üzərinə qaldırıb. “Benfika” isə sonuncu dəfə Avropa Liqasında ötən mövsüm final oynayıb. Həlledici matçda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşan portuqaliyalılar 1:2 hesabı ilə yenilmişdi. “Benfika” heç vaxt bu kubokun sahibi olmayıb. 1982/83 və 2012/13 mövsümlərində finala çıxan komanda “Anderlext”lə “Çelsi”yə yenilib. “Yuventus”la “Benfika” avrokuboklarda 6-cı dəfə qarşı-qarşıya gələcək. Arxada qalan 5 matçda portuqaliyalılar 4, italyanlar 1 qələbə qazanıb. “Benfika”nın 7 qoluna “Yuventus” 5 dəfə cavab verə bilib.

“Marathonbet” kontorunun açıqladığı əmsalları təqdim edirik:

Valensiya – Sevilya 2.18 3.75 3.45

Yuventus – Benfika 1.58 4.30 6.70

Oxumağa davam et
Reklam
Reklam

Gündəm