Mourinyo ittihamlara cavab verdi: “Axmaq olmalısınız”
Bizi izləyin

İdman

Mourinyo ittihamlara cavab verdi: “Axmaq olmalısınız”

Mourinyo ittihamlara cavab verdi: “Axmaq olmalısınız”

Joze Mourinyonun “Çelsi”də tətbiq etdiyi taktika tənqid hədəfinə çevirilib.

Son dövrlər onu anti-futbola üstünlük verməkdə ittiham edirlər. O, özü isə bu ittihamlarla razı deyil. Publika.az xəbər verir ki, Mourinyo özünü müdafiə edib: “Futbol dünyasında hər kəs filosofdu. Futbol haqqında hər şeyi məndən daha yaxşı bildiklərini düşünürlər. Amma həqiqət həqiqətdi. Yaxşı müdafiə olunmayan komandanın qazanmaq şansı azdı. Çox sayda qol vurmayan komandalar çox qol buraxsa, bu, böyük problem olar”.

Portuqaliyalı mütəxəssis komandaların hücum və müdafiədə tarazlığı qorumalı olduğunu deyib: “Mənim bildiyim futbol budu. “Çelsi”də ilk dəfə salışmağa başlayanda “Petr Çex kimi topu rəqibin cərimə meydançasına ata bilən qapıçınız və Didye Droqba kimi hər hava tupunu ala bilən forvardınız varsa, qısa paslarla oynamaq üçün axmaq olmalısınız” demişdim. İndi də “Əgər rəqibinizin sürətli hücumçuları varsa, onlara arxa xəttdə geniş yeri vermək üçün axmaq olmalısınız” deyirəm”.

Mourinyo onu tənqid edən “Liverpul”"un baş məşqçisi Brendan Rocers haqda da danışıb: “O, mənim dostumdu. Onu ilk dəfə gənc məşqçi olduğu vaxt tanımışdım. Matçdan sonra söylədiyi sözləri unutdum. Çünki dünən bizi qələbə münasibəti ilə təbrik etdi. Rocers ağıllı adamdı. Stadiondan çıxandan sonra evinə gedib matçı bir daha seyr edib və nələr olduğunu anlayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm