“Qəbələ” Bakıda hazırlaşır
Bizi izləyin

İdman

“Qəbələ” Bakıda hazırlaşır

“Qəbələ” Bakıda hazırlaşır

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Qəbələ" matçın hazırlıqlarını paytaxtda davam etdirir.

Publika.az xəbər verir ki, ötən turdan ("Qəbələ" - "Simurq" 1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı" Futbol Klubunun təlim-məşq bazasında meydana çıxıb.

Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı "Bakcell Arena"da saat 17:00-da keçirəcək.

Xatırladaq ki, "Neftçi" - "Qəbələ" görüşü sabah - mayın 2-də saat 17:00-da start götürəcək. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm