Obama prezidentin ömürlük cəzalandırılmasını dəstəklədi - VİDEO
Bizi izləyin

İdman

Obama prezidentin ömürlük cəzalandırılmasını dəstəklədi - VİDEO

Obama prezidentin ömürlük cəzalandırılmasını dəstəklədi - VİDEO

“Los Anceles Klippers” basketbol klubunun sahibi Donald Sterlinqin NBA tərəfindən ömürlük cəzalnması barədə məlumat vermişdik.

Klub prezidenti sevgilisi ilə telefonla danışarkən irqi ayrı-seçkilik edib və sevgilisinə “qaradərili dostlarını mənim komandamın oyununa gətirmə” demişdi. Onun bu danışığı ABŞ-da qarışıqlıq yaratmışdı.

Bundan sonra NBA rəhbərliyi onu ömürlük cəzalandıraraq 5 milyon dollar cərimələmişdi. NBA-nın komissarı Adam Silver bəyan edib ki, Sterlinqi komandanı satmağa vadar edəcəklər.

Publika.az xəbər verir ki, Klub prezidentinin ömürlük cəzalnmasına ABŞ prezidenti Barak Obama da laqeyd qalmayıb. O, Sterlinqin cəzasını dəstəkləyib. Bu haqda Ağ Evin mətbuat katibi Ceya Karni məlumat verib. Bu hadisədən sonra NBA rəhbərliyi irqçilik əleyhinə rolik də hazırlayıb. Həmin videoçarxı təqdim edirik:

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm