• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avroliqada finalın adı: "Benfika" - "Sevilya"

  • İdman
  • 2 May 2014 05:28
  • 534 Baxış
Avroliqada finalın adı: "Benfika" - "Sevilya"

Çempionlar Liqasının ardınca Avropa Liqasında da finalçılar müəyyənləşib. Bu gecə turnirin yarımfinal mərhələsi çərçivəsində cavab oyunları baş tutub.

"Yuventus" doğma meydanda "Benifka"nı qəbul edib. Bu komandalar arasında Portuqaliyada baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə isə hesab açılmayıb və "Benfika" ardıcıl ikinci dəfə finala çıxıb. Bununla da "Yuventus"un 1994-95 mövsümündən sonra bu turnirdə final oynamaq istəyi baş tutmayıb. Qeyd edək ki, matçda 3 qırmızı vərəqə göstərilib. "Yuventus"dan Mirko Vuçiniç, "Benfika"dan isə Enzo Perez və Lazar Markoviç "qırmızı" alıb. Hakim Vuçiniç və Markoviçi ehtiyat oyunçular skamyasında cəzalandırıb.

Günün digər oyununda isə "Valensiya" "Sevilya"nı qəbul edib. İspaniya klubları arasında ilk oyunda "Sevilya" 2:0 hesablı qələbə qazanmışdı. "Valensiya" 69-cu dəqiqəyədək istədiyi hesabı təmin edib - 3:0. 14-cü dəqiqədə Sofiane Feqouli hesabı açıb. 26-cı dəqiqədə "Sevilya"nın qapıçısı Beto avtoqola imza atıb. 69-cu dəqiqədə Ceremi Matyu fərqlənib. Lakin 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan Stepan Mbia "Sevilya"yaya lazım olan qolu vurub. Bununla da Xuan Antonio Pizzinin başçılıq etdiyi komanda 7 ildən sonra Avropa Liqasının finalına çıxıb.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 14-də Turindəki "Yuventus Arena"da baş tutacaq.

Avropa Liqası

2013/14 mövsümü

1/2 final (cavab oyunları)

Yuventus (İtaliya) - Benfika (Portuqaliya) 0:0

Yuventus: Canluici Buffon, Qiorqio Çiellini, Martn Kakeres, Leonardo Bonuççi (Sebastian Covinko, 73), Stepan Lixtşteyner, Paul Poqba, Andrea Pirlo, Kvadvo Asamoah, Arturo Vidal (Klauido Marçisio, 78), Karlos Tevez, Fernando Llorente (Pablo Osvaldo, 78).

Ehtiyat oyunçular: Marko Storari, Andrea Barzaqli, Simon Padoin, Mirko Vuçiniç.

Baş məşqçi: Antonio Konte.

Benfika: Jan Oblak, Luisao, Maksi Pereyra, Guilherme Siqueyra, Ezekuiel Garay, Ruben Amorim, Niko Qaytan (Eduardo Salvio, 76), Enzo Perez, Rodriqo Lima, Rodriqo Moreno (Andre Almeyda, 69), Lazar Markoviç (Miralem Süleymani, 76).

Ehtiyat oyunçular: Artur, Jardel, İvan Kavaleyro, Oskar Kardozo.

Baş məşqçi: Jorge Xesus.

Sarı vərəqələr: Kvadvo Asamoah, 67 - Rodriqo Moreno, 56. Enzo Perez, 61. Jan Oblak, 82. Eduardo Salvio, 90+6.

Qırmızı vərəqələr: Mirko Vuçiniç, 89 - Enzo Perez, 67. Lazar Markoviç, 89.

Baş hakim: Mark Klattenburq (İngiltərə).

Turin. "Yuventus Arena".

Valensiya (İspaniya) - Sevilya (İspaniya) 3:1

Qollar: Sofiane Feqouli, 14. Beto (avtoqol), 26. Ceremi Matyu, 69 - Stepan Mbia, 90+4.

Valensiya: Dieqo Alves, Joao Pereyra, Rikardo Kosta, Ceremi Matyu, Sofiane Feqouli, Xuan Bernat, Daniel Pareyo (Xavyer Fueqo, 78), Seydu Keyta, Pablo Piatti (Fede Kartabiya, 61), Xesus Varqas, Jonas Qonçalves (Antonio Barraqan, 85).

Ehtiyat oyunçular: Visente Quayta, Mişel, Roberto İbanez, Joze Qaya.

Baş məşqçi: Xuan Antonio Pizzi.

Sevilya: Beto, Federiko Fazio, Fernando Navarro (Alberto Moreno, 72), Daniel Karriço, Coke, Nikolas Pareya, Stepan Mbia, İvan Rakitiç, Vitolo, Karlos Bakka (Kevin Qameyro, 66), Xose Antonio Reyes (Marko Marin, 79).

Ehtiyat oyunçular: Xavyer Varas, Dioqo Fiqueyras, Visente İborra, Jayro Samperiyo.

Baş məşqçi: Unay Emeri.

Sarı vərəqələr: Xuan Bernat, 53. Sofiane Feqouli, 73. Dieqo Alves, 82. Ceremi Matyu, 90+3 - Daniel Karriço, 86.

Baş hakim: Milorad Maziç (Serbiya).

Valensiya. "Mestalla" stadionu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR