"Köhlən atlar" son dəqiqələrdə şahə qalxdı (YENİLƏNİR)
Bizi izləyin

İdman

"Köhlən atlar" son dəqiqələrdə şahə qalxdı (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulur.

Publika.az xəbər verir ki, son oyun günündə “Qarabağ” “Qəbələ”ni qəbul edir. Turun mərkəzi qarşılaşmasında hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.

Bu komandaların ilk dövrədə Qəbələdəki görüşündə meydan sahibləri qalib gəlmişdilər. Bu mənada, Qurban Qurbanov həmin məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı imkan əldə edib. Amma “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da dueldən qələbə ilə ayrılmaq niyyətindədir. 3 xal əldə edəcək komanda turnir cədvəlində vahid liderə çevriləcək.

Premyer Liqa, 13-cü tur

“Qarabağ” – “Qəbələ” 2:1

Qol: Almeyda, 87-p. Ndlovu, 90+7 - Ozobiç, 64.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

“Azərsun Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm