“Qarabağ”a CƏZA
Bizi izləyin

İdman

“Qarabağ”a CƏZA

“Qarabağ”a CƏZA

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Noyabrın 27-də Premyer Liqanın XIII turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub.

Noyabr 28-də “Zirə” – “İnter” matçında “İnter” klubunun 4, “Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 66-ci dəqiqəsində “İnter” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Həmçinin İntizam Komitəsi noyabrın 29-da keçirilən "Qarabağ" – "Qəbələ" matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;
- Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub;
- Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Riçard Almeida aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub;
- Matçın videoyazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub;
- “Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub;
- Növbəti ev oyunlarında “Qarabağ” klubunun təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub;
- Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm