Mourinyo qisas alır – “Atletiko”nu dağıdır
Bizi izləyin

İdman

Mourinyo qisas alır – “Atletiko”nu dağıdır

Mourinyo qisas alır – “Atletiko”nu dağıdır

Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandıran “Çelsi” növbəti mövsüm üçün heyətin formalaşdırılmasına başlayıb.

Publika.az xəbər verir ki, London klubu artıq 2 futbolçunun transferini gerçəkləşdirmək üzrədi. “Çelsi”nin transfer etmək istədiyi futbolçular ÇL-in yarımfinalında məğlub olduğu “Atletiko”ya məxsusdu.

London klubu “Atletiko”dan Luis Filipe və Dieqo Kostanı heyətində görmək istəyir. “Çelsi”nin Filipe üçün 20 milyon avro təklif etdiyini və bu transferlə bağlı artıq razılıq əldə olunduğu bildirilir.

Londonlular Kostanın da transferini reallaşdırmaq üçün danışıqları davam etdirirlər. Bundan əlavə, “Çelsi”nin “Atletiko”nun qapıçısı Tibo Kurtuanı da Londona qaytaracağı bildirilir.

Qeyd edək ki, müqavilə ilə “Çelsi”yə məxsus olan Kurtua “Atletiko”da icarə əsasında çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm