İdman
İlin ən yaxşıları bunlar olacaq - ADLAR
FİFA 2016-cı ilin müxtəlif nominasiyalar üzrə ən yaxşılarının qısa siyahısını açıqlayıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, ilk olaraq ən yaxşı qadın məşqçilərin "üçlüy"ü müəyyənləşib.
Siyahıda Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheyc (İsveç) yer alıb. Ən yaxşı kişi məşqçi adı uğrunda İngiltərənin "Lester" klubunun baş məşqçisi Klaudio Ranyeri, Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos və İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan yarışacaq.
İlin ən yaxşı qolunun - Puşkaş mükafatının sahibi braziliyalı Conatan Marlon, venesuelalı qadın futbolçu Danişka Rodriges və malayziyalı Mohd Faiz Subri mübarizəsinin qalibi olacaq.
Bu nominasiyalarla yanaşı, ilin ən yaxşı qadın və kişi futbolçularına namizədlərin də siyahısı açıqlanıb. Qadınların siyahısında Almaniya yığmasının üzvü Melani Berinqer, ABŞ yığmasından Karli Lloyd və Braziliya yığmasında çıxış edən Marta yer alıb.
Ən yaxşı kişi futbolçuları adına namizədlər siyahısında isə İspaniya La Liqasında çıxış edənlərin adları yer alıb. Bunlar son illərdə olduğu kimi, İspaniya "Real Madrid"inin üzvü, portuqaliyalı Kriştianu Ronaldu, "Barselona"dan argentinalı Lionel Messi və "Atletiko"da çıxış edən Antuan Qrizmanndır.
Qaliblər yanvarın 9-da İsveçin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR