“El-Klassiko”da son dəqiqədə nokaut - - VİDEO
Bizi izləyin

İdman

“El-Klassiko”da son dəqiqədə nokaut - - VİDEO

Bu gün bütün dünyanın diqqəti İspaniyanın Barselona şəhərində keçirilən “El-Klassiko”ya yönəlmişdi.

Publika.az xəbər verir ki, İspaniya La liqasının 14-cü turunda ev sahibi “Barselona” güclü rəqibi “Real” qarşısında qələbəni son dəqiqədə əldən verib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Sergio Ramos vurub.

Bu, komandalar arasında keçirilən sayca 265-ci ”El-Klassiko” olub. Komandalar ümumilikdə 33-cü dəfə “sülh”ə razılaşıblar.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla "Real" başçılıq edir. "Barsa" isə 28 xalla ikincidir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm