“Qarabağ” - “Fiorentina” oyunu gününə olan HAVA PROQNOZU
Bizi izləyin

İdman

“Qarabağ” - “Fiorentina” oyunu gününə olan HAVA PROQNOZU

Küləyin sürəti arabir 23-25, gündüz bəzi yerlərdə 30 km/saata qədər artacaq.

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun İtaliya "Fiorentina”sı ilə VI tur matçını keçirəcəyi dekabrın 8-də Bakıda gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək: “Küləyin orta sürəti gün ərzində 15-20 km/saat olacaq. Küləyin sürəti arabir 23-25, gündüz bəzi yerlərdə 30 km/saata qədər artacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm