“Yüzilliyin fair-pley”i: Təyyarə qəzasında ölənlər çempion elan edildi
Bizi izləyin

İdman

“Yüzilliyin fair-pley”i: Təyyarə qəzasında ölənlər çempion elan edildi

CONMEBOL “Şapekoense” klubunu Cənubi Amerika Kubokunun qalibi elan edib.

CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi olaraq Braziliyanın “Şapekoense” klubunu Cənubi Amerika Kubokunun qalibi elan edib.

Publika.az xəbər verir ki, noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində “Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb.

Kubokun finalında braziliyalıların rəqibi olan Medelyinin “Atletiko Nasyonal” klubu CONMEBOL-a müraciət edərək “Şapekoense”-ni Cənubi Amerika Kubokunun qalibi elan etməyi təklif edib.

Bununla bağlı Kolumbiya klubu vitse-çempion tutulu ilə yanaşı, “Yüzilliyin fair-pley”-i mükafatına layıq görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm