Abdullayevlər, Zidanlar... – Onları nə birləşdirir?
Bizi izləyin

İdman

Abdullayevlər, Zidanlar... – Onları nə birləşdirir?

Bu, futbol tarixində ilk belə hal deyil.

“Real”ın baş məşqçisi Zinəddin Zidan bu mövsüm oğlu Enzo Zidana “kral klubu”nun formasını geyinmək şansı yaradıb. Bu, futbol tarixində ilk belə hal deyil.

Publika.az xəbər verir ki, keçmişdə də atasının çalışdırdığı komandada çıxış etmiş futbolçular olub. “Neftçi”nin hazırkı baş məşqçisi Elxan Abdullayev futbolçu dövründə atası Ruslan Abdullayevin rəhbərliyi altında az oynamayıb. Abdullayevlər “Turan”, “Azəri” və Slovakiya “Marat”ında birlikdə mübarizə aparıblar. Bundan başqa, yaxın keçmişdə gürcüstanlı mütəxəssis Kaxaber Sxadadzenin “İnter”də bir neçə mövsüm aparıcı hücumçusu oğlu Baçana Sxadadze olub.

İndinin özündə də eyni komandada fəaliyyət göstərən ata-oğul var. “Kəpəz”ə Şahin Diniyev rəhbərlik edirsə, Gəncə klubunun əsas heyət üzvlərindən biri onun oğlu Kərim Diniyevdi.

Dünya futbolunda da ata-oğul məşqçi-futbolçu münasibətlərinin bir neçə örnəyi var. Onların bəziləri aşağıdakılardı:

Çezare Maldini / Paolo Maldini

İtaliya yığması (yoldaşlıq görüşü) – 1997-ci il

Yohan Kroyff / Yordi Kroyff

“Barselona” (İspanya Superkuboku) – 1994-cü il

Brayan Klouq / Naycel Klouq

“Nottingem Forest” (Premyer Liqa) – 1984-cü il

Pepe Mur / Xavi Mur

“Valyadolid” (La Liqa) – 2002-ci il

Harri Rednapp / Ceymi Rednapp

“Sauthempton” (Premyer Liqa) – 2005-ci il

Bob Bredli / Maykl Bredli

“Metrostars” (MLS) – 2005-ci il

Stiv Bryus / Aleks Bryus

“Birmingem” (İngiltərə Federasiya Kuboku) – 2006-cı il

Miçel Qonzales / Adrian Qonzales

“Xetafe” (La Liqa) – 2009-cu il

Henrik Larsson / Cordan Larsson

“Helsinborq” (Allsvenskan) – 2015-ci il. (apasport)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm