ÇL: İngiltərə çempionu biabır oldu, Madriddə məhsuldar heç-heçə (YENİLƏNİB)
Bizi izləyin

İdman

ÇL: İngiltərə çempionu biabır oldu, Madriddə məhsuldar heç-heçə (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu.

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Publika.az-ın məlumatına görə, qrup mərhələsinin son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma keçirilib.

E qrupunda növbəti mərhələyə yüksələn komandaların Fransanın "Monako" və Almaniyanın "Bayer" klubları olduğu əvvəldən məlum idi. Avropa Liqasına MOİK-i evdə məğlub edən "Tottenhem" yüksəlib.

F qrupundan Almaniyanın "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirəcək. Onlar arasında Madriddəki görüş qrup liderini müəyyənləşdirib. "Real Madrid" fransalı hücumçusu Kərim Benzemanın dubl etdiyi oyunda qələbəni əldən verməklə 1-ci yeri tutmaq şansını qaçırıb. "Kral klubu" üçün təsəlli ardııcl 34-cü oyunda məğlub olmamağıdır. Bu qrupdan Avroliqada "Sportinq"i öz meydanında məğlub etməsi sayəsində "Legiya" çıxıb.

G qrupunda lider müəyyənləşsə də, 1/8 finalın digər iştirakçısı bu gün məlum olub. Bu, lider olan "Lester"ini darmadağın edən "Portu" olub. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

H qrupunda lider gözlənildiyi kimi, "Yuventus" olub. Tirin klubu son turda evdə autsayder Zaqreb "Dinamo"sunu məğlub etməklə qrupad 1-ci yer tutmasını rəsmiləşdirib. "Sevilya"ya "Lion"la səfər oyununda heç-heçə 1/8 finala çıxmaq üçün yetərli olub. Fransa klubu Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.

Qeyd edək ki, daha öncə 1/8 finala "Arsenal", PSJ, "Barselona", "Mançester Siti", "Napoli", "Benfika", "Bavariya" və "Atletiko" çıxıb. Qruplarda 3-cü yerin sahibləri kimi Avropa Liqasında vəsiqəni qazanan ilk 4 komanda "Ludoqorets", "Borussiya" (Mönhenqladbaxt), "Beşiktaş" və "Rostov" olub.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

7 dekabr

E qrupu

23:45. "Tottenhem" (İngiltərə) - MOİK (Rusiya) - 3:1

Qollar: Dele Alli, 38, 78, Harri Keyn, 45+1 - Alan Dzaqoyev, 33

23:45. "Bayer" (Almaniya) - "Monako" (Fransa) - 3:0

Qollar: Vitali Yurçenko, 30, Julian Brandt, 48, Morqan De Santkis, 82-öz qapısına

82-ci dəqiqədə Vendel ("Bayer") penaltdiən dəqiq istifadə edə bilməyib.

Xal durumu: "Monako" - 11. "Bayer" - 10. "Tottenhem" - 7. MOİK - 1.

F qrupu

23:45. "Legiya" (Polşa) - "Sportinq" (Portuqaliya) - 1:0

Qol: Gilyerme, 30

Qırmızı vərəqə: Uilyam Karvalyo, 85 ("Sportinq", ikinci sarı)

23:45. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2

Qollar: Kərim Benzema, 28, 53 - Pyer-Emerik Obameyanq, 61, Markos Roys, 89

Xal durumu: "Borussiya" - 14. "Real Madrid" - 12. "Legiya" - 4. "Sportinq" - 3.

G qrupu

23:45. "Portu" (Portuqaliya) - "Lester" (İngiltərə) - 5:0

Qollar: Andre Silva, 6, 64-pen, Cesus Korona, 26, Yasim Brahimi, 44, Dieqo Jota, 77

23:45. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka) - 0:2

Qollar: Brandon Mexele, 8-öz qapısına, Matias Yorgensen, 15

Xal durumu: "Lester" - 13. "Portu" - 11. "Kopenhagen" - 9. "Brügge" - 0.

H qrupu

23:45. "Yuventus" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Qonsalo İquayn, 52, Daniel Ruqani, 74

23:45. "Lion" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0

Xal durumu: "Yuventus" - 14. "Sevilya" - 11. "Lion" - 8. "Dinamo" - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm