Pley-off arzumuz yenə ertələndi (YENİLƏNİB)
Bizi izləyin

İdman

Pley-off arzumuz yenə ertələndi (YENİLƏNİB)

Pley-off arzumuz yenə ertələndi

Bu gün "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsində son oyununu keçirib.

Publika.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası qrup lideri olan İtaliyanın "Fiorentina" klubunu qəbul edib. Ağdam təmsilçisi qalib gələcəyi halda PAOK - "Slovan" matçının nəticəsindən asılı olmayaraq 1/16 finala çıxacaqdı. Özü də çempionumuz buna qrupda 1-ci yeri tutmaqla nail olacaqdı.

Ancaq italyanlar buna imkan vermədi. Florensiya klubu 1:2 hesablı qələbə qazanaraq, qrup lideri kimi pley-offa vəsiqə qazandı. Dİgər vəsiqənin sahibi isə evində "Slovan"a qalib gələn PAOK oldu (2:0).

8 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

J qrupu

20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya) 1:2

Reynaldo, 73 - Vecino, 60. Kyeza, 76.

Qırmızı vərəqə: Kyeza, 84.

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Simunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

***

“Maynts” (Almaniya) – “Qəbələ”

Maynts Arena. Saat 22.00
Baş hakim: Li Evans
Baş hakimin köməkçiləri: Qaret Cons, Lyuis Eduards
Əlavə köməkçi hakimlər: Brayn Markhem-Cons, Nik Pret
Dördüncü hakim: Daniel Beket
(Hakimlər briqadası Uelsdəndir)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm