“Barselona” “Şapekoense”yə təklif göndərdi
Bizi izləyin

İdman

“Barselona” “Şapekoense”yə təklif göndərdi

“Barselona” bu yaxınlarda təyyarə qəzasına uğrayan və əksər futbolçusu həlak olan Braziliyanın “Şapekoense” klubuyla qarşılaşa bilər.

“Barselona” bu yaxınlarda təyyarə qəzasına uğrayan və əksər futbolçusu həlak olan Braziliyanın “Şapekoense” klubuyla qarşılaşa bilər.

Publika.az xəbər verir ki, kataloniyalılar qarşı tərəflə turnirdə üz-üzə gəlmək niyyətindədilər.

Bununla bağlı ispanlar artıq rəsmi təklif də göndəriblər. Belə ki, “Barselona” rəhbərliyi 2017-ci ildə Joan Qamper kubokunda “Şapekoense” ilə qarşılaşmaq istəyində olduğunu bəyan edib. Braziliyalılar bunu qəbul etsələr, 1966-cı ildən bəri hər il təşkil edilən Joan Qamper kuboku çərçivəsində “Barsa” ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, dekabrın 3-də keçirilən “Barselona” – “Real” matçında bilet satışından toplanan 43 milyon avronu Kataloniya təmsilçisi “Şapekoense”nin hesabına köçürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm