İdman
Qurban Qurbanov: "O səviyyəyə çatmaq üçün çempionatımızın səviyyəsini qaldırmalıyıq"
"Bir o qədər də deyiləcək söz yoxdur. Vacib oyun idi. Məğlub olmalarına baxmayaraq, futbolçularıma sağ ol deyirəm. Belə rəqibə qarşı oynamaq asan deyildi".
Publika.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda İtaliya "Fiorentina"sı ilə Bakıdakı oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi 1:2 hesabı ilə uduzduqları oyunda sadə qollar buraxdıqlarını bildirib. Amma o, "Fiorentina"ya qarşı layiqli oyun sərgilədiklərini vurğulayıb: "Bir çox halda rəqibi topsuz qoyurduq. Bu da onlara çətinlik yaradırdı. Hər kəsə dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu cür soyuqda stadiona gələn azarkeşlərə çox sağ ol deyirəm. Hər birinə təşəkkür edirəm. "Fiorentina"ya da uğurlar arzu edirəm. Belə rəqibin oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəyəm".
Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl 3-cü dəfədir ki, qrupda çıxış edirik, amma
növbəti mərhələyə yüksələ bilmirik. Düşünmürsünüz ki, artıq
rəhbərliklə danışıb daha səviyyəli futbolçular transfer etmək
lazımdır?
- Ümumi olaraq o səviyyəyə çatmaq üçün ilk olaraq, çempionatımızın
səviyyəsini qaldırmalıyıq. Bir komanda ilə iş düzəlmir. Bütün
komandaların gücü eyni olmalıdır. Bir məqamı qeyd edim:
Ümumiyyətlə, ölkə olaraq gəncik. Futbolda da beləyik. Amma İtaliya
və digər Avropa ölkələrinin 100 illərlə təcrübəsi var. Biz nə qədər
yaxşı transfer etsək də, ondan daha yaxşılarını Avropa klubları
edir. Belə də oyunçularımdan razı qaldım. Bu cür oyunların sayı çox
olsa, onların həm təcrübəsi, həm də bacarığı çox olacaq. Əlimizdəki
oyunçularla keyfiyyətli oyun qurmağa çalışırıq. Görünür, hardasa
səhv etmişik.
- Sizə elə gəlmirmi ki, bu oyun Rəşad Sadıqov üçün
Avropa arenasında son oyun ola bilər?
- Niyə elə düşünürsünüz? Mənə elə gəlmir.
- "Qarabağ"ın Premyer Liqadakı legioner limitinin
əziyyətini çəkdiyini demək olar?
- Limitdən şikayətlənməyimiz düzgün olmaz. Çünki irəliləmək üçün
şansımız oldu. 3 dəfə qrupda olduq. Birində "İnter"ə, indi də
"Fiorentina"ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək, nəsə etmək
lazımdır, mən işimi düzgün görürəm, başqası yox, bu, düzgün olmaz.
Biz də inkişaf üçün addımlar atırıq. Hələ ümumi Azərbaycan futbolu
tam formalaşmayıb. İstər-istəməz çatışmazlıqlar var. Bu o demək
deyil ki, istək və ya bacarıq yoxdur. Sadəcə, bunun üçün illər
lazımdır. Sırf limitlə bağlı olduğunu demək olmaz. Məsələn,
"Beşiktaş"ın gözəl şansı vardı, amma Çempionlar Liqasında davam edə
bilmədi. Desəm ki, limit olmasa, Avroliqanın 1/4 finalına qədər
gedərdim, yalan olar.
- Bu oyundan sonra futbolçuları ölkə çempionatına
kökləmək çətin olmayacaq?
- Qrupda qalmaq hər bir futbolçu üçün üzücüdür. Paltardəyişmə
otağında da bunu gördüm. Bu, həm fiziki, həm də psixoloji
xarakterlidir. Mərhələ keçməsək də, azarkeşləri yaxşı yola salmaq
istəyirdik.
- Fasilədə PAOK - "Slovan" oyunun nəticəsi ilə
maraqlandınız?
- Yunanıstandakı hesab bir az təsir etdi. İstər-istəməz təsir edir.
Dünən də bu barədə demişdim.
- Hər iki oyunda "Qarabağ"a uduzan PAOK qrupdan
çıxdı...
- PAOK yaxşı komandadır. Onlar layiq olduqları üçün 1/16 finala
çıxdılar.
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək