İdman
Avroliqada qrup mərhələsi bitdi - BÜTÜN NƏTİCƏLƏR
Futbol üzrə Avropa Liqasında 1/16 finala vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. "Report"un məlumatına görə, qrup mərhələsində VI turun 24 qarşılaşmasından biri təxirə salınıb.
İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i arasındakı matç dumanlı hava şəraiti ilə əlaqədar təxirə salınıb. Oyun bu gün olacaq. Amma matçın nəticəsindən asılı olmayaraq, "Genk" qrupdan çıxmağı təmin edib. Sadəcə, Belçika təmsilçisi qalib gəlsə, F qrupunu 1-ci, "Sassuolo" qələbə qazansa isə qrupu 3-cü pillədə başa vuracaq.
Türkiyə təmsilçilərindən "Fənərbağça" ilə yanaşı, "Osmanlıspor" da qrupdan çıxmağı bacarıb. Onlara Çempionlar Liqasında qrupu 3-cü pillədə tamamlamış "Beşiktaş" da qoşulub.
Avroliqanın qruplarından İspaniyanın "Vilyarreal", "Atletik" və "Selta", Belçikanın "Anderlext", "Genk" və "Gent", İtaliyanın "Roma" və "Fiorentina, Hollandiyanın AZ və "Ayaks", Rusiyanın "Zenit" və "Krasnodar", Yunanıstanın "Olimpiakos" və PAOK, İngiltərənin "Mançester Yunayted", Fransanın "Sent-Etyen", Almaniyanın "Şalke", Rumıniyanın "Astra", Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta", İsrailin "Hapoel" (Beer-Şeva), Kiprin APOEL klubları da mərhələ adlayıb.
Çempionlar Liqasından isə onlara İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Münhenqladbax), Fransanın "Lion", Rusiyanın "Rostov", Bolqarıstanın "Ludoqorets", Polşanın "Legiya" və Danimarkanın "Kopenhagen" komandaları da qoşulub.
Avropa Liqası, qrup mərhələsi, VI tur
8 dekabr
A qrupu
22:00. "Feyenoord" (Hollandiya) - "Fənərbağça" (Türkiyə) - 0:1
22:00. "Zarya" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Xal durumu: "Fənərbağça" - 13. "Mançester Yunayted" - 12. "Feyenoord" - 7. "Zarya" - 2.
B qrupu
22:00. APEOL (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 2:0
22:00. "Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) - 3:0
Xal durumu: APOEL - 12. "Olimpiakos" - 8. "Yanq Boyz" - 8. "Astana" - 5.
C qrupu
22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan) - 2:0
22:00. "Anderlext" (Belçika) - "Sent-Etyen" (Fransa) - 2:3
Xal durumu: "Sent-Etyen" - 12."Anderlext" - 11. "Maynts" - 9. "Qəbələ" - 0.
D qrupu
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - "Dandolk" (İrlandiya) - 2:1
22:00. "Az Alkmaar" (Hollandiya) - "Zenit" (Rusiya) - 3:2
Xal durumu: "Zenit" - 15. "AZ Alkmaar" - 8. "Makkabi" - 7."Dandolk" - 4.
E qrupu
22:00. "Astra" (Rumıniya) - "Roma" (İtaliya) - 0:0
22:00. "Viktoriya" (Çexiya) - "Austriya" (Avstriya) - 3:2
Xal durumu: "Roma" - 12. "Astra" - 8. "Viktoriya" - 6. "Austria" - 5.
F qrupu
22:00. "Sassuolo" (İtaliya) - "Genk" (Belçika) - 0:0
22:00. "Rapid" (Avstriya) - "Atletik" (İspaniya) - 1:1
Xal durumu: "Atletik" - 10. "Genk" - 9. "Rapid" - 5. "Sassuolo" - 5.
G qrupu
00:05. "Panatinaikos" (Yunanıstan) - "Selta" (İspaniya) - 0:2
00:05. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 1:1
Xal durumu: "Ayaks" - 13. "Standard" - 6. "Selta" - 6. "Panatinaikos" - 1.
H qrupu
20:00. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:4
20:00. "Konyaspor" (Türkiyə) - "Gent" (Belçika) - 0:1
Xal durumu: "Şaxtyor" - 15. "Braqa" - 6. "Gent" - 5. "Konyaspor" - 1.
İ qrupu
00:05. "Nitsa" (Fransa) - "Krasnodar" (Rusiya) - 2:1
00:05. "Zalsburq" (İsveçrə) - "Şalke" (Almaniya) - 2:0
Xal durumu: "Şalke" - 15. "Krasnodar" - 7. "Zalsburq" - 4. "Nitsa" - 3.
J qrupu
20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya) - 1:2
20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) - 2:0
Xal durumu: "Fiorentina" - 13. PAOK - 10. "Qarabağ" - 7. "Slovan" - 4.
K qrupu
00:05. "Southempton" (İngiltərə) - "Hapoel" (İsrail) - 1:1
00:05. "İnter" (İtaliya) - "Sparta" (Çexiya) - 1:1
Xal durumu: "Sparta" - 12. "Hapoel" - 7. "Southempton" - 7. "İnter" - 3.
L qrupu
20:00. "Vilyarreal" (İspaniya) - "Styaua" (Rumıniya) - 2:1
20:00. "Osmanlıspor" (Türkiyə) - "Sürix" (İsveçrə) - 2:0
Xal durumu: "Osmanlıspor" - 7. "Steaua" - 6. "Sürix" - 6. "Vilyarreal" - 6.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək