Azarkeşlər məşhur klubu boykot etdi - - FOTO
Bizi izləyin

İdman

Azarkeşlər məşhur klubu boykot etdi - - FOTO

Beş oyunda dörd məğlubiyyət. Siz buna layiqsiz. Utanın!

Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən “İnter” azarkeşlərinin boykotu ilə üzləşib.

Publika.az xəbər verir ki, Milan təmsilçisinin “İnter Ultras” fan-klubu komandanın Avropa Liqasının “Sparta” ilə ev oyununu boykot edib. Oyuna gəlməyən azarkeşlər həmişə əyləşdikləri sektora “Beş oyunda dörd məğlubiyyət. Siz buna layiqsiz. Utanın!” yazılı banner yerləşdiriblər.

Demək olar, boş tribunalar önündə keçirilən oyundan “İnter” qalib ayrılıb - 2:1. Ancaq bu qələbə “neradzurra”ya növbəti mərhələyə vəsiqə verməyib. Belə ki, Milan təmsilçisi hələ ötən turdan 1/16 finala adlamaq şansını itirmişdi.

“İnter” Avropa Liqasının qrup mərhələsini 6 xalla sonuncu pillədə başa vurub. “Neradzurra”nın A seriyasında da işləri qaydasında getmir. 15 turdan sonra hesabında 21 xal olan “Göy-qaralar” 10-cu pillədə yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm