Millinin futbolçusundan TƏRBİYƏSİZLİK - Avtobus sürücüsünü söydü
Bizi izləyin

İdman

Millinin futbolçusundan TƏRBİYƏSİZLİK - Avtobus sürücüsünü söydü

Avtomobilini avtobus dayanacağında saxlayıb.

Karyerasını Çində davam etdirən Burak Yılmaz Türkiyəyə gələn kimi aləmi bir-birinə vurub.

Publika.az xəbər verir ki, 31 yaşlı forvard avtomobilini avtobus dayanacağında saxlayaraq qalmaqala səbəb olub. Dayanacaqdan adam götürə bilməyən avtobus sürücülərindən biri ona irad bildirib. Bu, Burakın xoşuna gəlməyib və o, “Cip”dən düşərək sürücünün üstünə şığıyıb. Onun sürücüyə qarşı nalayiq ifadələr işlətdiyi deyilir.

Bir neçə dəqiqəlik söz davasından sonra ətrafdakıların müdaxiləsi sayəsində ara sakitləşib. Media nümayəndələrinin hadisə yerinə gəldiyini eşidən Burak cəld aradan çıxıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm