UEFA Millətlər Kubokunun final tarixi məlum oldu
Bizi izləyin

İdman

UEFA Millətlər Kubokunun final tarixi məlum oldu

UEFA Millətlər Kubokunun final tarixi məlum oldu

UEFA Millətlər Kubokunun final mərhələsi 2019-cu ilin 5-9 iyun tarixləri arasında keçiriləcək.

Apasport.az saytının məlumatına görə, meydan sahibi finala çıxmış 4 komanda arasından seçiləcək.

Əsas şərt isə həmin ölkənin tutumu 30 mindən az olmayan iki stadionu və onlar arasındakı məsafənin maksimum 150 km olmasıdır.

Qeyd edək ki, Millətlər Liqası Avropada yığmalar arasında yeni beynəlxalq turnir olacaq.

UEFA turnirin formatını 2014-cü ilin dekabrında təsdiqləyib. Qitə futbol qurumunun üzvləri olan, Azərbaycan yığmasının da daxil olmaqla 55 milli komanda reytinqə əsasən 4 diviziona bölünəcək və biri-bri ilə oynayacaqlar. Eyni zamanda turnir Avropa çempionatının final mərhələsinə düşməyə əlavə imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm