25 oldu - ABŞ-a gedənlər
Bizi izləyin

İdman

25 oldu - ABŞ-a gedənlər

25 oldu - ABŞ-a gedənlər

Berti Foqtsun mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək yoxlama oyunu üçün dəvət göndərdiyi daha bir futbolçu müəyyənləşib.

Publika.az xəbər verir ki, alman çalışdırıcı "Simurq"dan İlkin Qırtımovu yığmaya çağırıb.

Qeyd edək ki, Foqtsun dəvət göndərdiyi 25 futbolçunun adı bundan əvvəl müəyyənləşmişdi. Baş məşqçi "Qarabağ"ın 7, "Neftçi"nin 5, "Bakı" və "İnter"din 4, "Qəbələ", "Xəzər Lənkəran" və "Sumqayıt"ın 2 üzünü toplanışa çağırıb.

Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ), Aqil Məmmədov (Bakı).

Müdafiəçilər: Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ), Şəhriyar Əlyev (Bakı), Vladimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter), Elvin Yunuszadə (Neftçi), Rasim Ramaldanov (Xəzər Lənkəran), Vurğun Hüseynov (Sumqayıt), İlkin Qırtımov (Simurq).

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev (hamısı "Neftçi"), Hacı Əhədov (Qarabağ), Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Rahid Əmirquliyev (Xəzər Lənkəran). Pərdis Fərzad-Azad (Sumqayıt).

Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Vaqif Cavadov (İnter), Ruslan Qurbanov (Neftçi).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm