Azərbaycanlı futbolçudan azarkeşlərə qarşı tərbiyəsizlik
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçudan azarkeşlərə qarşı tərbiyəsizlik

Azərbaycanlı futbolçudan azarkeşlərə qarşı tərbiyəsizlik

Azərbaycan Premyer Liqasının 33-cü turunun açılış matçında lider "Qarabağ" səfərdə "Bakı" ilə qarşılaşıb.

Matç qolsuz bərabərliklə bitib. "Bakı"nın təlim-məşq bazasının stadionunda keçirilən qarşılaşma zamanı maraqlı hadisə yaşanıb. Belə ki, futbolçuların su içməsi üçün yaranan fasilə zamanı azarkeşlər Qara Qarayevdən onun daha da irəlidə oynamasını tələb ediblər. Bu isə oyunu kənardan izləyən kapitan Rəşad Sadıqovu özündən çıxarıb. O, “hərəniz bir məşqçi olmusuz. Belə yaxşı bilirsizsə, çıxın özünüz oynayın” deyə, kobud şəkildə azarkeşlərə iradını bildirib.

Qeyd edək ki, Sadıqov bu oyunda cəzalı olduğu üçün komandasına kömək edə bilməyib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm