Qurbanovla Pantiç söz davasına çıxdı
Bizi izləyin

İdman

Qurbanovla Pantiç söz davasına çıxdı

Qurbanovla Pantiç söz davasına çıxdı

Azərbyacan Premyer Liqasında 33-cü tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyununda “Bakı” “Qarabağ”ı qəbul edib və qarşılaşma qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Oyundan sonra keçirilən mətbuat konfransı isə baş məşqçilərin bir-birinə atmacası ilə yadda qalıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəqibin futbolçularından narazı qalıb: “Qələbə qazanmağı çox istəyirdik, təəssüf ki, alınmadı. Komandanın göstərdiyi oyundan razı qaldım. Oyunun sonlarında sürəti artıra bilsəydik nəticə başqa cür olardı. Havanın isti olması da oyunumza təsir etdi. “Bakı” avrokuboklar uğrunda mübarizə aparır, lakin futbolçuları yerə yıxılıb vaxt uzadırdı”.

“Bakı”nın baş məşqçisi Milinko Pantiç isə onun bu fikirləri ilə razılaşmayıb: “Oyundan razı qaldım, çempionatın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” gələcək çempiondu. Buna baxmayaraq, rəqib qol imkanı yarada bilmədi. Əsas heyətimizin bir neçə oyunçusu bu gün yox idi, bəlkə də, bu, nəticəyə təsir etdi. Hər şey başqa cür ola bilərdi. Oyunda qol da vurduq, lakin epizod oyundankənar vəziyyət kimi qeydə alındı. Hakimlərə irad bildirməyəcəm. Komandamızdakı problemlər yavaş-yavaş həll olunur. Mən Qurban Qurbanovla razı deyiləm. Yəqin Qurbanov oyuna yaxşı baxmayıb. Biz yaxşı futbol oynadıq. Təmiz qol da vurduq, ancaq, hakimlər qeydə almadı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm