"XL" coşdu, "Neftçi" uduzdu, "Qarabağ" əriyir
Bizi izləyin

İdman

"XL" coşdu, "Neftçi" uduzdu, "Qarabağ" əriyir

Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura "Bakı" - "Qarabağ" oyunu ilə start verilib. Son iki turda qələbə qazana bilməyən "Qarabağ" bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb və komandalar hərəyə bir xal qazanıb.

Çempionluq üçün nəzəri şansları qalan, ikinci pillə uğrunda mübarizə aparan "İnter" "Sumqayıt"ı qəbul edib. Kaxaber Tsxadadzenin yetirmələri qələbə seriyasını 7-yə çatdırıb - 2:0. Hesabı 51-ci dəqiqədə Aleksandr İaşvili açıb. 90+2-ci dəqiqədə isə Vaqif Cavadov fərqlənib. Bununla da "İnter" sona 3 tur qalmış "Qarabağ"la xal fərqini 6-ya endirib.

"Neftçi" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Hər iki komanda kubokun finalına vəsiqə qazandığından bu qarşılaşma Böyükağa Hacıyev və Yuri Syomin üçün yaxşı məşq hesab olunurdu. Həmçinin Bakı və Qəbələ klubları Premyer Liqadan Avropa Liqasına vəsiqə qazanmağa çalışır. Bu səbəbdən hər ikisi 3 xal üçün mübarizə aparırdı. Hesabı 49-cu dəqiqədə Cavid İmamverdiyev açıb. 63-cü dəqiqədə Dodo bərabərliyi təmin edib. 90-cı dəqiqədə isə Lorenzo Ebesilio "Qəbələ"nin qələbə qoluna imza atıb. Bununla da Yuri Syominin komandası "Neftçi" ilə xal fərqini 1-ə endrirərək, 3-cü pilləyə iddiasını ortaya qoyub.

"Xəzər Lənkəran" doğma meydanda "Rəvan"la qarşılaşıb. Oyundan əvvəl müəyyən söz-söhbətlər yayılmışdı. İddia olunurdu ki, "Xəzər Lənkəran" "Rəvan"a xal verəcək. Hətta oyunu AFFA-nın xüsusi komissiyasının izləyəcəyi də deyilirdi. Lakin Lənkəran klubu darmadağınla bütün söz-söhbətlərə son qoydu - 4:0. Hesabı 19-cu dəqiqədə Elias açıb. 52-ci dəqiqədə Deyan Blajevski fərqlənib. Cəmi bir dəqiqə sonra Elnur Abdullayev rəqib qapısına yol tapıb. Son nöqtəni isə 62-ci dəqiqədə Mbilla Etame qoyub. Yeri gəlmişkən, Mustafa Dənizlinin yoxluğunda "Xəzər Lənkəran"ı meydana Oğuz Çətin çıxarıb.

Zaqatalada isə "Simurq" və AZAL üz-üzə gəlib. Heç bir iddiası qalmayan komandaların dueli formal xarakter daşıyıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə yekunlaşıb.

Premyer Liqa

2016/14 mövsümü

IV dövrə, XXXIII tur

2 may

Bakı - Qarabağ 0:0

Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauskis, 3. Yure Travner, 4. Mario Alvarez, 16. Juninyo (11. Rauf Əliyev, 80), 17. Risto Ristoviç (22. Namiq Ələsgərov, 72), 21. Elvin Məmmədov (10. Aleksandar Soliç, 90), 23. Mario Lukas Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 27. Elton Hüseynov.

Baş məşqçi: Milinko Pantiç.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (41. Leroy Corc, 46), 17. Vüqar Nadirov (7. Namiq Yusifov, 46), 20. Riçard Almeyda (99. Nikolas Gelaşvili, 68), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqələr: Şəhriyar Əliyev, 28 (qeyri-idman hərəkəti). Mario Alvarez, 81 (sistematik qayda pozuntusu) - Maksim Medvedev, 90 (qeyri-idman hərəkəti).

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

“Bakı”nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

Neftçi - Qəbələ 1:2

Qollar: Cavid İmamverdiyev, 50 - Dodo, 62. Lorenzo Ebesilio, 90.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 9. Falvinyo, 10. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 74), 16. Bruno Bertuççi, 21. Samir Məsimov (28. Emin Mehdiyev, 89), 22. Mahir Şükürov (k) (27. Məqsəd İsayev, 70), 23. Ruslan Qurbanov, 32. Elvin Yunuszadə.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev (36. Elnur Allahverdiyev, 72), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 83), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov (16. Ruslan Tağızadə, 55), 44. Rafael Santos, 46. Davronjon Erqaşev.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 42. Leonardo da Silva, 45. Murad Musayev.

Baş məşqçi: Yuri Syomin.

İstifadə olunmamış penalti: Bruno Bertuççi, 48.

Sarı vərəqələr: Elvin Yunuszadə, 38 (sistematik qayda pozuntusu). Tərlaq Quliyev, 68 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 33 (qeyri-idman hərəkəti). Lorenzo Ebesilio, 90+1 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Lorenzo Ebesilio, 90+3.

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Əli Hüseynov.

“Bakcell Arena”. 2000 tamaşaçı.

İnter - Sumqayıt 2:0

Qollar: Aleksandr İaşvili, 51. Vaqif Cavadov, 90+2.

İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 63), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 85), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 87), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (17. Adil İbrahimov, 68), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov (8. Aqşin Muxtaroğlu, 75), 15. Nodar Məmmədov, 18. Aleksandr Çeroqanov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (14. Məhəmməd Qurbanov, 58), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov.

Baş məşqçi: Aqil Məmmədov.

Sarı vərəqələr: Arif Daşdəmirov, 56 (rəqibi tutduğuna görə). Yohan Bokonyano, 77 (hakimə etiraz).

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Məlik Həsənov.

“Şəfa” stadionu. 350 tamaşaçı.

Simurq - AZAL 0:0

Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 3. Usim Nduka, 4. Dilaver Zrnanoviç, 21. Murad Səttarlı, 22. Salif Ballo, 30. Raul Kostin, 77. Nicat Qurbanov.

Məşqçi: İqor Getman.

AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arsenyeviç, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 18. Samuel Barlay, 19. Orxan Səfiyaroğlu, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Zaqatala şəhər stadionu. Saat 18.00.

Xəzər Lənkəran - Rəvan 4:0

Qollar: Elias, 19. Dejan Blajevski, 52. Elnur Abdullayev, 53. Mbilla Etame, 62.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 8. Dejan Blajevski, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 30. Elias.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 11. Zohair Benouahi, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.

Məşqçi: Oğuz Çetin.

Rəvan: 85. Kamal Bayramov (k), 19. Hüseyn Axundov, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek, 20. MiIloş Adamoviç, 25. Ayaz Mehdiyev, 14. Xuan Manuel Varea.

Ehtiyat oyunçular: 1. Lukas Sapela, 10. Tyaqo Mirasema, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov, 7. Elvin Həsənəliyev, 11. Kamil Nurəhmədov, 28. Boyan Markoviç.

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 18.00.

1

Qarabağ

33

20

9

4

61-17

69

2

İnter

33

19

6

8

56-32

63

3

Neftçi

33

16

7

10

46-41

55

4

Qəbələ

33

16

6

11

42-34

54

5

Bakı

33

14

9

10

48-38

51

6

Simurq

33

11

11

11

33-25

44

7

Xəzər L

33

10

12

11

36-45

42

8

AZAL

33

6

12

15

28-45

30

9

Sumqayıt

33

4

10

19

24-54

22

10

Rəvan

33

3

10

20

18-61

19

Bombardirlər: Reynaldo (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 14. Daniel Subotiç (Qəbələ) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Draqan Çeran (Simurq) - 10. Baçana Txadadze (İnter), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm